https://sputnik.az/20230810/neft-qiymetleri-doqquz-ayin-en-yuksek-seviyyesine-qalxib---sebeb-nedir-457584938.html
Neft qiymətləri doqquz ayın ən yüksək səviyyəsinə qalxıb - Səbəb nədir?
Neft qiymətləri doqquz ayın ən yüksək səviyyəsinə qalxıb - Səbəb nədir?
Sputnik Azərbaycan
Neftin bahalaşması davam edir. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,7 dollar artaraq 91 dolları keçib. 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T11:21+0400
2023-08-10T11:21+0400
2023-08-10T13:16+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290098_0:160:3072:1888_1920x0_80_0_0_94680eaf2b3d61d23cc8cff82d34c6f2.jpg
BAKI, 10 avqust — Sputnik. Dünya bazarlarında neftin bahalaşması davam edir. Neft qiymətləri hasilatın azalacağı ilə bağlı narahatlıqlar səbəbindən doqquz ayın ən yüksək səviyyəsinə qalxıb. "Brent" neftin 0,11 dollar artaraq 87,66 dollar, "Light" neftin qiyməti isə 0,12 dollar bahalaşaraq 84,52 dollar təşkil edib. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,7 dollar artaraq 91,15 dollar olub. Qeyd edək ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlir. Lakin digər tərəfdən, Çinin iqtisadi bərpası ləng gedir və bu, qiymətlərin daha çox qalxmasına əngəl olur. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290098_171:0:2902:2048_1920x0_80_0_0_f5a242187bcee45de3f79d817d37bdd4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Neft qiymətləri doqquz ayın ən yüksək səviyyəsinə qalxıb - Səbəb nədir?
11:21 10.08.2023 (Yenilənib: 13:16 10.08.2023) Neftin bahalaşması davam edir. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,7 dollar artaraq 91 dolları keçib.
BAKI, 10 avqust — Sputnik. Dünya bazarlarında neftin bahalaşması davam edir.
Neft qiymətləri hasilatın azalacağı ilə bağlı narahatlıqlar səbəbindən doqquz ayın ən yüksək səviyyəsinə qalxıb.
"Brent" neftin 0,11 dollar artaraq 87,66 dollar, "Light" neftin qiyməti isə 0,12 dollar bahalaşaraq 84,52 dollar təşkil edib.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1,7 dollar artaraq 91,15 dollar olub.
Qeyd edək ki, neft qiymətləri Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltmağı öhdəsinə götürdükdən sonra iyunun sonundan bəri yüksəlir. Lakin digər tərəfdən, Çinin iqtisadi bərpası ləng gedir və bu, qiymətlərin daha çox qalxmasına əngəl olur.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.