https://sputnik.az/20230810/jurnalistikaya-qebul-uzre-qabiliyyet-imtahaninin-neticeleri-aciqlanib-457585221.html
Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
Sputnik Azərbaycan
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T12:00+0400
2023-08-10T12:00+0400
2023-08-10T12:15+0400
jurnalistika
təhsil
fakültə
qəbul
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_0:289:3072:2017_1920x0_80_0_0_da91b560e4a79d59273484e9c6317c78.jpg
BAKI, 10 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 519 abituriyentdən 98 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 374 nəfər "məqbul" qiymət alıb. Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 16-dan 28-dək aparılacaq. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 15 avqust 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 avqust saat 10:00-dan 14 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_306:0:3037:2048_1920x0_80_0_0_40c7a1741fd54bb98565d2c83d9f9de4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
jurnalistika, fakültə, qəbul
jurnalistika, fakültə, qəbul
Jurnalistikaya qəbul üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb
12:00 10.08.2023 (Yenilənib: 12:15 10.08.2023) Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
BAKI, 10 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 6-da keçirilən qabiliyyət imtahanının nəticələrini elan edib.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 519 abituriyentdən 98 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 374 nəfər "məqbul" qiymət alıb.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı öz elektron ərizələrində digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər. İxtisas seçimi avqustun 16-dan 28-dək aparılacaq.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 15 avqust 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 avqust saat 10:00-dan 14 avqust saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.