SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın xoruna qoşulan Qərb təşkilatlarının məqsədi nədir?

© AFP 2024Aİ nümayəndəsi Qarabağda
Aİ nümayəndəsi Qarabağda - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Millət vəkili bildirib ki, Qərb öz platformasını təklif etməklə regionda gərginliyin saxlanılmasında maraqlı olduğunu nümayiş etdirir.
BAKI, 10 avqust — Sputnik. Laçın yolunda baş verənlərə görə mütəmadi olaraq Azərbaycana qarşı beynəlxalq təşkilatlar, xüsusən də Qərb təşkilatları tərəfindən ittihamlar səsləndirilir, çağırışlar edilir. Sanki bütün dünya xor şəklində Ermənistan "həqiqətləri"ni yazılı vərəqdən bizə oxuyur.
Niyə biz Ermənistan "həqiqətlərinin" yalan olduğunu isbat etməyə məcburuq?
Mövzu ilə bağlı millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a danışıb.
Millət vəkilinin sözlərinə görə, Qərb həmişə olduğu kimi özünün qeyri-obyektiv yanaşmalarını davam etdirir: "Keçmiş münaqişə dövründə də biz Qərbin məqsədli qərəzli yanaşmalarını müşahidə etmişdik. ATƏT-in Minsk Qrupu otuz ilə yaxın bir müddətdə münaqişənin həlli ilə məşğul olsa da, heç bir nəticə hasil olmadı. Əksinə Minsk Qrupu münaqişə vəziyyətinin Qərbin və Ermənistanın maraqlarına uyğun olaraq idarə edilməsi ilə məşğul oldu. Qərb bu gün də mövcud vəziyyətlə bağlı öz platformasını təklif edir, amma atmış olduğu addımlarla da nümayiş etdirir ki, yenə də regionda gərginliyin saxlanılmasında maraqlıdır. Çünki bunun üzərindən manipulyasiyalar edə biləcəklər".
© Photo : Social media page of Elshad MirbashirElşad Mirbəşiroğlu, arxiv
Эльшад Мирбашир, политолог, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Elşad Mirbəşiroğlu, arxiv
Millət vəkili qeyd edib ki, Avropa İttifaqının Mülki Missiyasının Ermənistana göndərilməsi mahiyyət etibarilə heç bir zərurətdən irəli gəlmirdi. Bu missiya Qərbin, eyni zamanda onun direktivləri ilə hərəkət edən Ermənistan hakimiyyətinin məqsədlərinə xidmət edir:
"Məqsəd ondan ibarət idi ki, Ermənistanın təxribatlarını Azərbaycanın üstünə atsınlar və gələcəkdə hesabatlarına daxil etdikləri elementlərdə Azərbaycana qarşı qərəzli mövqeni formalaşdırmaq üçün bundan istifadə etsinlər. Ermənistanın Laçın yolu ətrafındakı şousunun arxasında da Qərb dayanır. Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən Ermənistan, rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə yük maşınlarını daxil etməyə çalışır. Yəni, ərazi bütövlüyümüzə qarşı aşkar hörmətsizlik nümayiş etdirir, onu şübhə altına almağa çalışır. Bunların həqiqətən də Azərbaycanın ərazi bütövlüyünə hörməti olsaydı, yük maşınları ilə bağlı rəsmi qaydada Azərbaycan hakimiyyətinə icazə üçün müraciət edərdilər".
E.Mirbəşiroğlunun fikrincə, Qərb dairələri bunu yaxşı başa düşsələr də, Ermənistanın addımlarını normal qəbul edirlər. Onun fikrincə, bu həm də Qərb dairələrinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sərgilədikləri mövqelərində səmimi olmadığını göstərir:
"Bütün hallarda rəsmi Bakıya icazə üçün müraciət olunmalı idi. Digər tərəfdən bütün dünya dövlətləri kimi Azərbaycan öz sərhədlərində nəzarət mexanizmləri tətbiq edir. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olan addımlar atır. Amma yenə də bizi ərazilərimizdə yaşayan erməni əhalisini blokadada saxlamaqda ittiham edirlər. Təbii ki, bu, tam əsassız ittihamdır. Bu, həm də onun göstəricisidir ki, Qərb siyasi dairələri və beynəlxalq təşkilatlar beynəlxalq hüquq üzərindən manipulyasiyalarla məşğuldurlar. Əslində beynəlxalq hüquq normaları Qərb üçün digər ölkələri təsir altında saxlamaqda vasitə rolunda çıxış edir. Azərbaycan isə tam müstəqil, suveren siyasət yürüdən ölkədir, sərhədlərinin təhlükəsizliyini təmin etmək gücündədir və kənar dairələrin hansı reaksiya göstərməsindən asılı olmayaraq, öz təhlükəsizliyinə qarşı yönəldilmiş təhdidləri aradan qaldırmaq istiqamətində addımlar atır, bundan sonra da atacaq".
Millət vəkili bildirib ki, Ermənistan Laçın yolu ilə Azərbaycan ərazisində sepratizmi ayaqda saxlamağa çalışırdı və bunu sübut edən çoxsaylı dəlillər də mövcuddur: "Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdi, ancaq Laçın yolu vasitəsilə Qarabağa 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar daşınıb. Eləcə də, Beynəlxalq Qırmızı Xaç Komitəsi rəsmi Bakının icazəsi olmadan Qarabağdakı ermənilərə hansısa yükləri ötürürdü. Azərbaycanın nəzarəti olmadan bu cür addımların atılması ərazi bütövlüyümüzə hörmətsiz yanaşmadır. Digər bir məqam da odur ki, Xankəndidə BQXK-nın ofisi var, ancaq bu ofis İrəvandakı mərkəzə tabedir. Bunun özü paradoks yaradır, göstərir ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həm Qərbdə, həm də Ermənistanda səsləndirilən fikirlər səmimiyyətdən çox uzaqdır".
Elşad Mirbəşiroğlu qeyd edib ki, Qərb təşkilatları və siyasi dairələri istənilən vasitələrlə gərginliyin qalıcı olmasında maraqlıdırlar və Laçın yolu ətrafında siyasi spekulyasiyalarla məşğuldurlar:
"Azərbaycan ərazilərindəki erməni əhalisinin vəziyyəti məsələsini açıq saxlamaqla, regiona təsir imkanlarını qorumağa çalışırlar. Həm Şarl Mişel, həm Nikol Paşinyan, xüsusi olaraq da Makron Azərbaycan ərazilərində yaşayan ermənilərin vəziyyətinin beynəlxalq mexanizmlərlə tənzimlənməsinin vacibliyini bildirirlər. Bu, Azərbaycanın mövqeyi ilə ciddi ziddiyyət təşkil edir. Bizim mövqeyimiz isə aydındır: bu bizim daxili işimizdir və bunu kiminləsə müzakirə etmək fikrində deyilik. Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri tam təhlükəsiz şəraitdə dinc yaşamaqdadırlar və milli etnik identikliklərini də qoruyub saxlayırlar. Ermənilər də digər xalqların nümayəndələri kimi Azərbaycan ərazilərində mövcudluqlarını davam etdirə bilərlər. Buna heç bir maneənin olmaması ilə bağlı həm Ermənistanda, həm Avropada aydın təsəvvürlər var".
Deputat xatırladıb ki, Azərbaycan Ağdam-Xankəndi yolunu ermənilərə humanitar yüklərin çatdırılması üçün təklif edib.
"Əgər ermənilərin humanitar vəziyyəti Qərb dairələrini bu qədər narahat edirsə, niyə Azərbaycanın təklifini məqbul saymırlar. Cozef Borell açıq mətnlə bildirdi ki, Ağdam-Xankəndi yolu Laçın-Xankəndi yoluna alternativ deyil. Bu zaman sual ortaya çıxır: nə üçün alternativ deyil? Burada artıq siyasi element görünür. Avropa dairələri üçün Ağdam-Xankəndi yolunun istifadəsi əlverişsizdir. Çünki bu onların Azərbaycan ərazisində separatizmi saxlamaq məqsədlərinə xidmət edən Laçın-Xankəndi yolunun əldən çıxması deməkdir", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0