https://sputnik.az/20230810/ermenistanin-etraf-muhit-nazirliyinin-beyanatini-pislediler-457588428.html
Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pislədilər
Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pislədilər
Sputnik Azərbaycan
Bəyanatda qeyd olunur ki, məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T14:11+0400
2023-08-10T14:11+0400
2023-08-10T14:11+0400
azərbaycan xəbərləri
ermənistan
metallurgiya
zavod
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_0:107:2596:1567_1920x0_80_0_0_b440bbaecbbc3303d44ca90a1628bb49.jpg
BAKI, 10 avqust — Sputnik. Azərbaycanın QHT qrupunun yaratdığı "Environmental Protection First" Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə (Yerasx) inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib. Bu barədə Koalisiyanın bəyanatında deyilir. Koalisiya Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan həm yerli, həm də xarici şirkətləri ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini və bununla bağlı məlumatları ictimaiyyətə açıq etmək üçün dərhal öz rəsmi internet saytlarında dərc etməyə çağırıb. Bəyanatda qeyd olunur ki, məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir. Qeyd olunub ki, Ermənistan bu məsələnin təsir göstərdiyi şəxslərə zavodun fəaliyyəti haqqında məlumat ala bilmələri, qərarların qəbulu proseslərində və ətraf mühitə dəyəcək hər hansı zərərin aradan qaldırılması zamanı iştiraklarını təmin etmək öhdəliklərini yerinə yetirməyə borcludur. "Environmental Protection First" Koalisiyası hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə əsasən, şirkətlərin insan hüquqlarına hörmət etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısını alması zəruridir: "Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisində iştirak edən bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və bunları istehsalat təcrübələrində tətbiq etməyə çağırırıq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823077_388:0:2596:1656_1920x0_80_0_0_2b42436cf1e7cae55258801de5eaedaf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, metallurgiya, zavod
ermənistan, metallurgiya, zavod
Ermənistanın Ətraf Mühit Nazirliyinin bəyanatını pislədilər
Bəyanatda qeyd olunur ki, məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir.
BAKI, 10 avqust — Sputnik. Azərbaycanın QHT qrupunun yaratdığı "Environmental Protection First" Koalisiyası Ermənistanın Ətraf Mühit Nazirliyinin Azərbaycanla sərhəddə yerləşən Arazdəyəndə (Yerasx) inşa edilən metallurgiya zavoduna reaksiyasını pisləyib.
Bu barədə Koalisiyanın bəyanatında deyilir.
Koalisiya Ermənistanda dağ-mədən sənayesi ilə məşğul olan həm yerli, həm də xarici şirkətləri ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərini və bununla bağlı məlumatları ictimaiyyətə açıq etmək üçün dərhal öz rəsmi internet saytlarında dərc etməyə çağırıb. Bəyanatda qeyd olunur ki, məlumat almaq hüququ demokratiyanın və qanunun aliliyinin vacib elementidir.
"Məlumatı gizlətmək insan hüquqlarının pozulmasıdır", - bəyanatda bildirilib.
Qeyd olunub ki, Ermənistan bu məsələnin təsir göstərdiyi şəxslərə zavodun fəaliyyəti haqqında məlumat ala bilmələri, qərarların qəbulu proseslərində və ətraf mühitə dəyəcək hər hansı zərərin aradan qaldırılması zamanı iştiraklarını təmin etmək öhdəliklərini yerinə yetirməyə borcludur.
"Environmental Protection First" Koalisiyası hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə əsasən, şirkətlərin insan hüquqlarına hörmət etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısını alması zəruridir: "Biz Arazdəyəndə (Yerasx) metallurgiya zavodunun tikintisində iştirak edən bütün maraqlı tərəfləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və bunları istehsalat təcrübələrində tətbiq etməyə çağırırıq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.