DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS çoxqütblü münasibətlər sistemini gücləndirir - Abdullahian

© AP Photo / Vahid Salemi Hüseyn Əmir Abdullahian
 Hüseyn Əmir Abdullahian - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
İran XİN rəhbəri Ukraynadakı müharibədə İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) istifadə edilməsi ilə bağlı iddiaları bir daha təkzib edib.
BAKI, 10 avqust — Sputnik. İran hökuməti nüvə sazişinə qayıtmağın şərtlərini açıqlayıb. Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Cənubi Afrika Respublikasının (CAR) XİN rəhbəri Naledi Pandora ilə görüşü zamanı bildirib.
İran XİN başçısının sözlərinə görə, bütün tərəflər öz öhdəliklərini yerinə yetirərsə, İran nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərini yerinə yetirməyə hazırdır və üzərinə düşən öhdəlikləri tam məsuliyyətlə yerinə yetirəcək.
Nazir ölkəsinin BRİKS qrupuna daxil olmasının mümkünlüyü məsələsinə də toxunub və BRİKS-in çoxqütblü münasibətlər sisteminin gücləndirməsini qeyd edib.
İran XİN rəhbəri Ukraynadakı müharibədə İran istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) istifadə edilməsi ilə bağlı iddiaları bir daha təkzib edib.
Abdullahian və Pandor görüş zamanı İran və CAR Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 15-ci iclası çərçivəsində ən mühüm beynəlxalq və ikitərəfli mövzuları müzakirə ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0