NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanda neft hasilatı üzrə proqnoz açıqlandı

© AFP 2024 / MLADEN ANTONOVBakıda neft buruğu, arxiv şəkli
Bakıda neft buruğu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
OPEC-in proqnozuna görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
BAKI, 10 avqust — Sputnik. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bu barədə APA OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Proqnoza görə, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 700 min barel səviyyəsində olaca. Bu da illik müqayisədə 11 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 11 min barel azdır.
Hesabatda o da qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi may ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır.
Sənədə əsasən, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 30 min azalaraq (proqnoz dəyişməyib) orta hesabla 0,7 mln. barel olacağı proqnozlaşdırılır.
Bildirilir ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0