https://sputnik.az/20230810/azerbaycan-ozbekistanin-a-sertifikatli-muessiseleri-ile-emekdasliq-ede-biler-457592773.html
Azərbaycan Özbəkistanın Aİİ sertifikatlı müəssisələri ilə əməkdaşlıq edə bilər
Azərbaycan Özbəkistanın Aİİ sertifikatlı müəssisələri ilə əməkdaşlıq edə bilər
Sputnik Azərbaycan
Nəqliyyat Nazirliyi Özbəkistanda Azərbaycanın dəmir yolu vaqonlarının hazırlanmasını və təmirini təklif edib. 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T15:21+0400
2023-08-10T15:21+0400
2023-08-10T15:21+0400
özbəkistan
azərbaycan xəbərləri
azərbaycan
vaqon
avrasiya iqtisadi ittifaqı
dollar
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427674313_0:203:3069:1929_1920x0_80_0_0_a61b8a49dc7684bd9607d0055ebe6f69.jpg
BAKI, 10 avqust — Sputnik. Özbəkistan Azərbaycana bu ölkənin müəssisələrinin bazasında dəmir yolu vaqonlarının tikintisini və təmirini təklif edib. Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti bu barədə cümə axşamı xəbər verib. 2001-ci ildə Özbəkistan Dəmir Yollarının strukturunda sərnişin vaqonlarının tikintisi və təmiri üzrə Daşkənd zavodu tikilib. Müəssisə ildə 450 vaqonun əsaslı təmirinə və 40-a qədər yeni vaqon yığılmasına imkan verir. 2013-cü ilin sentyabr ayında şirkət "Töküm-mexanika zavodu"nda ümumi dəyəri 150 milyon ABŞ dolları olan vaqonların təmiri bazasının modernləşdirilməsini və yük vaqonlarının tikintisinin təşkilini həyata keçirib. Hər iki müəssisənin məhsullarına Avrasiya İqtisadi İttifaqının uyğunluq sertifikatları var. Məlumata görə, Özbəkistan Nəqliyyat Nazirliyinin nümayəndələri Bakıda keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada iştirak ediblər. "Nəqliyyat Nazirliyi tərəfindən Özbəkistanda Azərbaycanın dəmir yolu vaqonlarının tikintisi və təmiri təklif olunub", - Mərkəzi Asiya Respublikasının Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumatda belə deyilir. Nazirlikdən əlavə ediblər ki, tərəflər, həmçinin nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafı məqsədi ilə 2023-2024-cü illər üçün birgə yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər. Görüşdə Özbəkistan nazirliyinin nümayəndələri Özbəkistan və Azərbaycan arasında "E-Permit" elektron icazə mübadiləsinin tətbiqi təklifi ilə çıxış ediblər. Həmçinin, sistemin avtomobil nəqliyyatı ilə yüklərin daşınmasının asanlaşdırılmasında və ilkin məlumatların mübadiləsində rolu qeyd edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427674313_133:0:2864:2048_1920x0_80_0_0_48951a9272dea3ab1fe2cf746e18b345.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
özbəkistan, azərbaycan, vaqon, avrasiya iqtisadi ittifaqı, dollar
özbəkistan, azərbaycan, vaqon, avrasiya iqtisadi ittifaqı, dollar
Azərbaycan Özbəkistanın Aİİ sertifikatlı müəssisələri ilə əməkdaşlıq edə bilər
Nəqliyyat Nazirliyi Özbəkistanda Azərbaycanın dəmir yolu vaqonlarının hazırlanmasını və təmirini təklif edib.
BAKI, 10 avqust — Sputnik. Özbəkistan Azərbaycana bu ölkənin müəssisələrinin bazasında dəmir yolu vaqonlarının tikintisini və təmirini təklif edib. Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti bu barədə cümə axşamı xəbər verib.
2001-ci ildə Özbəkistan Dəmir Yollarının strukturunda sərnişin vaqonlarının tikintisi və təmiri üzrə Daşkənd zavodu tikilib. Müəssisə ildə 450 vaqonun əsaslı təmirinə və 40-a qədər yeni vaqon yığılmasına imkan verir.
2013-cü ilin sentyabr ayında şirkət "Töküm-mexanika zavodu"nda ümumi dəyəri 150 milyon ABŞ dolları olan vaqonların təmiri bazasının modernləşdirilməsini və yük vaqonlarının tikintisinin təşkilini həyata keçirib. Hər iki müəssisənin məhsullarına Avrasiya İqtisadi İttifaqının uyğunluq sertifikatları var.
Məlumata görə, Özbəkistan Nəqliyyat Nazirliyinin nümayəndələri Bakıda keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada iştirak ediblər.
"Nəqliyyat Nazirliyi tərəfindən Özbəkistanda Azərbaycanın dəmir yolu vaqonlarının tikintisi və təmiri təklif olunub", - Mərkəzi Asiya Respublikasının Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumatda belə deyilir.
Nazirlikdən əlavə ediblər ki, tərəflər, həmçinin nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişafı məqsədi ilə 2023-2024-cü illər üçün birgə yol xəritəsinin hazırlanması barədə razılığa gəliblər.
Görüşdə Özbəkistan nazirliyinin nümayəndələri Özbəkistan və Azərbaycan arasında "E-Permit" elektron icazə mübadiləsinin tətbiqi təklifi ilə çıxış ediblər. Həmçinin, sistemin avtomobil nəqliyyatı ilə yüklərin daşınmasının asanlaşdırılmasında və ilkin məlumatların mübadiləsində rolu qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.