Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Anna Netrebko "Metropolitan Opera"nı məhkəməyə verib

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidAnna Netrebko
Anna Netrebko - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
"Metropolitan Opera" Ukrayna ilə Rusiya arasında hadisələr başlayandan dərhal sonra opera müğənnisi ilə əlaqələri dayandırıb.
BAKI, 10 avqust — Sputnik. Soprano ulduz Anna Netrebko 2022-ci ilin martında onunla münasibətlərini kəsən "Metropolitan Opera"nı məhkəməyə verib. Hazırda opera divası məhkəmə yolu ilə 360 min dollar tələb edir.
ABŞ-ın ən məşhur teatrı Ukrayna ilə Rusiya arasında hadisələr başlayandan dərhal sonra opera müğənnisi ilə əlaqələri dayandırıb. Amerikalıların fikrincə, müğənni kifayət qədər geri addım atmayıb və baş verənləri açıq şəkildə pisləməyib. Bu günlərdə Anna Netrebko "Metropolitan Opera"nı məhkəməyə verib.
"Associated Press-in yazdığına görə, bir vaxtlar teatra ən çox gəlir gətirən Netrebko, şirkətdən və baş icraçı direktor Peter Qelbdən böhtan, müqaviləni pozmaq və qurumun işdən çıxarma qərarı ilə bağlı digər pozuntulara görə şikayət edib.
ABŞ-ın Manhettendəki Dairə Məhkəməsində qaldırılan iddia, buraxılmış performans və məşq haqlarına görə ən azı 360.000 dollar təzminat tələb edir. Anna Netrebko ərizəsində teatrın "güclü ruhi və emosional iztirablara" səbəb olduğunu iddia edib. "Metropolitan Opera" Netrebkonun iddiasının "heç bir əsası olmadığını" bildirib və bütün ittihamları rədd edib.
"Metropolitan Opera" 24 fevral 2022-ci il tarixindən qısa müddət sonra rusiyalı soprano ilə işləməyi dayandırıb. Hadisələrin bu inkişafı ilə razılaşmaq istəməyən Anna Netrebko, Amerika Musiqi İfaçıları Gildiyası vasitəsilə öz adından arbitraja şikayət edib. Bu ilin fevral ayında hakim Hovard S. Edelman "Metropolitan Opera"nın Verdinin "Don Karlo" və "Taleyin gücü" operalarında Netrebkonun iştirakı barədə müqavilələri ləğv edərkən həmkarlar ittifaqının kollektiv müqaviləsini pozduğu və buraxılmış tamaşalara görə Netrebkoya 200.000 dollardan çox təzminat verilməsi barədə qərar verib.
Məhkəmədəki yeni iddia 2024-2025-ci illər üçün baş tutmayacaq çıxışlara aiddir. Netrebko iddia edir ki, "Metropolitan Opera" və "Gelb" müğənninin reputasiyasına xələl gətirib və bu, Amerikanın digər opera teatrları və mədəniyyət müəssisələrinin onu işə götürməkdən imtina etməsinə səbəb olub. Üstəlik, müğənninin sözlərinə görə, o, Nyu-Yorkdakı mənzilini zərərlə satmalı olub.
Amerika ictimaiyyəti rus opera müğənnisinə üstünlük vermir, lakin onun işləri o qədər də pis getmir. İyun ayında Anna Netrebko İtaliyanın Verona şəhərində dünyaca məşhur "Arena di Verona" konsert məkanının 100 illiyinə həsr olunmuş mövsümü "Aida" operasında partiyanı ifa edərək açıb. Avqust ayında o, Argentinada Buenos Ayresdəki "Teatro Colon"da çıxış etməsi planlaşdırılır. Netrebkonun 2023-2024 mövsümünə isə Berlin Dövlət Operası, Vyana Dövlət Operası, Milanın "La Skala" teatrı və Paris Operasında çıxışlar daxildir.
Xatırladaq ki, Anna Netrebko Azərbaycan əsilli opera müğənnisi, dramatik tenor, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazovun həyat yoldaşıdır.
Yusif Eyvazov və Anna Netrebko - Sputnik Azərbaycan, 1920, 24.07.2023
MƏDƏNİYYƏT
Yusif Eyvazov və Anna Netrebko Baden-Badendə möhtəşəm ifaları ilə çıxış ediblər
Xəbər lenti
0