Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

XİN BAK-a qatılacaq əcnəbilər üçün sadələşdirilmiş viza prosedurunu açıqlayıb

© Sputnik / Murad OrujovXİN-nin binası
XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
BAKI, 9 avqust - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 74-cü Beynəlxalq Astronavtika Konqresi (BAK) ilə əlaqədar Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat yayıb.
XİN-in yaydığı məlumata görə, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.
Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;
74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.
“ASAN Viza” sistemi vasitəsilə verilən birdəfəlik və ya çoxdəfəlik elektron vizanın rəsmiləşdirilməsi proseduru Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir. “ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən birdəfəlik elektron vizanın ölkədə qalma müddəti 30 günədək, çoxdəfəlik elektron vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
Həmçinin “ASAN Viza” sistemi üzərindən qeyri-iş və bayram günlərindən asılı olmayaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada 3 saat ərzində verilməsi məqsədilə www.evisa.gov.az internet səhifəsinə daxil olaraq müraciət edə bilərlər.
2018-ci ilin 15 may tarixindən etibarən Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə birdəfəlik elektron vizanın verilməsi həyata keçirilir.
Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsi, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmin edilir.
Qeyd: Birdəfəlik elektron viza yalnız siyahıda qeyd olunan ölkələrin vətəndaşlarına rəsmiləşdirilir.
Birdəfəlik elektron viza veriləcək ölkələrin siyahısı.
Vətəndaşlarına birdəfəlik elektron viza rəsmiləşdirilən ölkələrin siyahısı

Ölkənin adı

Rəsmiləşdirilən vizanın müddəti

1

Oman

30 gün

2

Səudiyyə Ərəbistanı Krallığı

30 gün

3

Bəhreyn

30 gün

4

Küveyt

30 gün

5

Yaponiya

30 gün

6

İndoneziya

30 gün

7

Çin Xalq Respublikası

30 gün

8

Koreya Respublikası

30 gün

9

Malayziya

30 gün

10

Sinqapur

30 gün

11

İsrail

30 gün

Aşağıda göstərilən hallarda və şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında ölkədə qalma müddəti 30 günədək müəyyən edilmiş viza rəsmiləşdirilir:
1.
Qətər Dövləti, Oman Sultanlığı, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı və Küveyt Dövləti vətəndaşlarını müşayiət edən və eyni zamanda həmin ölkələrin rezident kartına sahib olan şəxslərə.
2.
Birləşmiş Ərəb Əmirliklərində 6 aydan çox etibarlılıq müddəti olan rezident vizasına malik olan şəxslərə.
3.
Yalnız Nyu-York-Bakı reysi ilə səfər edən Amerika Birləşmiş Ştatlarının vətəndaşlarına.
4.
Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında).
5.
Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olunmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.
Xəbər lenti
0