https://sputnik.az/20230809/turkiye-kesfiyyati-sd-uzvleri-ile-bagli-gizli-senedleri-elde-edib-457559550.html
Türkiyə kəşfiyyatı İŞİD üzvləri ilə bağlı gizli sənədləri əldə edib
Türkiyə kəşfiyyatı İŞİD üzvləri ilə bağlı gizli sənədləri əldə edib
Sputnik Azərbaycan
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ6-sı, İsrailin Mossadı və İranın xüsusi xidmət orqanları uzun illərdir ki, İŞİD-ə qarşı əks-kəşfiyyat və... 09.08.2023, Sputnik Azərbaycan
2023-08-09T22:40+0400
2023-08-09T22:40+0400
2023-08-09T22:40+0400
türkiyə
dünya xəbərləri
mossad
israil
abş mərkəzi kəşfiyyat idarəsi
işid
iran
https://cdnn1.img.sputnik.az/img/40405/03/404050338_0:0:2000:1125_1920x0_80_0_0_e0b09ba664cf45045b711263eede33b7.jpg
BAKI, 9 avqust — Sputnik. Türkiyə xüsusi xidmət orqanları terror aktları törətmək imkanına malik olan 10 minə yaxın insanın adlarını əks etdirən "İslam Dövləti" terror təşkilatının məxfi sənədlərinə giriş imkanı verən əməliyyat keçirib. "Sabah" qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Mi-6 və Mossad uzun illərdir bu sənədləri ələ keçirməyə çalışır. Qəzet yazır ki, Türkiyə xüsusi xidmət orqanları tacik dilində edilən telefon zəngini ətraflı təhlil ediblər. "Bir neçə aylıq yoxlama prosesi başlayıb. Məlum olub ki, xarici dildə danışmaq kəşfiyyat baxımından çox dəyərlidir. İŞİD bəzi "yük"lər üçün tender keçirir və mübadilə İstanbulda baş tutur. Lakin yükün məzmunu və sövdələşmənin nə vaxt aparılacağı qeyd olunmur. Yükün "rəqəmsal" olduğu müəyyənləşir. Dünyaya səpələnmiş 9952 İŞİD terrorçusunun bioqrafik məlumatlarını özündə əks etdirən "Tək canavar" adlandırılan elektron yaddaş daşıyıcıda bu şəxslərin əvvəllər deşifrə olunmadığı və təkbaşına hərəkət edə bildiyi qeyd olunub", - "Sabah" qəzeti yazıb. Nəşrin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ6-sı, İsrailin Mossadı və İranın xüsusi xidmət orqanları uzun illərdir ki, İŞİD-ə qarşı əks-kəşfiyyat və casusluq fəaliyyəti həyata keçirir. "Uzun illər müxtəlif adlar altında dünya kəşfiyyat orqanlarının 40 xüsusi agenti İŞİD silahlı terror təşkilatına aid məlumatlara daxil olmaq üçün Tacikistan, Özbəkistan və Pakistan dağlarında olub. Qərb kəşfiyyat orqanları üçün bu məlumatların dəyəri əvəzsiz idi", - qəzet yazır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40405/03/404050338_0:0:1680:1259_1920x0_80_0_0_8c4373e33c7bd664cfdc1b2f2b6107df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, mossad, israil, abş mərkəzi kəşfiyyat idarəsi, işid, iran
türkiyə, mossad, israil, abş mərkəzi kəşfiyyat idarəsi, işid, iran
Türkiyə kəşfiyyatı İŞİD üzvləri ilə bağlı gizli sənədləri əldə edib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ6-sı, İsrailin Mossadı və İranın xüsusi xidmət orqanları uzun illərdir ki, İŞİD-ə qarşı əks-kəşfiyyat və casusluq fəaliyyəti həyata keçirirlər.
BAKI, 9 avqust — Sputnik. Türkiyə xüsusi xidmət orqanları terror aktları törətmək imkanına malik olan 10 minə yaxın insanın adlarını əks etdirən "İslam Dövləti" terror təşkilatının məxfi sənədlərinə giriş imkanı verən əməliyyat keçirib. "Sabah" qəzeti təhlükəsizlik mənbələrinə istinadən yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Mi-6 və Mossad uzun illərdir bu sənədləri ələ keçirməyə çalışır.
"Gizli sənəddə təşkilat üzvlərinin tərcümeyi-halı, onların xüsusi hazırlığı, təşkilatçılıq bacarıqları, istifadə etdikləri silahlar, milliyyəti, ailə üzvləri, ünvanları, əlaqə məlumatları var olub" - nəşr yazır.
Qəzet yazır ki, Türkiyə xüsusi xidmət orqanları tacik dilində edilən telefon zəngini ətraflı təhlil ediblər.
"Bir neçə aylıq yoxlama prosesi başlayıb. Məlum olub ki, xarici dildə danışmaq kəşfiyyat baxımından çox dəyərlidir. İŞİD bəzi "yük"lər üçün tender keçirir və mübadilə İstanbulda baş tutur. Lakin yükün məzmunu və sövdələşmənin nə vaxt aparılacağı qeyd olunmur. Yükün "rəqəmsal" olduğu müəyyənləşir. Dünyaya səpələnmiş 9952 İŞİD terrorçusunun bioqrafik məlumatlarını özündə əks etdirən "Tək canavar" adlandırılan elektron yaddaş daşıyıcıda bu şəxslərin əvvəllər deşifrə olunmadığı və təkbaşına hərəkət edə bildiyi qeyd olunub", - "Sabah" qəzeti yazıb.
Nəşrin məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Böyük Britaniyanın Mİ6-sı, İsrailin Mossadı və İranın xüsusi xidmət orqanları uzun illərdir ki, İŞİD-ə qarşı əks-kəşfiyyat və casusluq fəaliyyəti həyata keçirir.
"Uzun illər müxtəlif adlar altında dünya kəşfiyyat orqanlarının 40 xüsusi agenti İŞİD silahlı terror təşkilatına aid məlumatlara daxil olmaq üçün Tacikistan, Özbəkistan və Pakistan dağlarında olub. Qərb kəşfiyyat orqanları üçün bu məlumatların dəyəri əvəzsiz idi", - qəzet yazır.