CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb

Uşaq bağçası - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
BAKI, 9 avqust — Sputnik. Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.
08.08.23, 15:26
Bu gündən Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbəyaratma prosesinə start verilir.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proses www.bq.edu.az saytı üzərindən sentyabrın 1-dək həyata keçiriləcək.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Bildirilib ki, ötən tədris ilində yaradılmış növbə və sorğular bu il üçün keçərli deyil.
Qeyd edək ki, iyulun 25-dən məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.
Xəbər lenti
0