Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN-dən Bakı-İrəvan sülh müqaviləsinin hazırlanması barədə açıqlama

© Sputnik / Максим БлиновЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Rusiya XİN rəsmisi onu da əlavə edib ki, hər il üçtərəfli sammitlər keçirilir, mütəmadi olaraq XİN rəhbərləri görüşür və bu yaxınlarda belə bir görüş baş tutub.
BAKI, 9 avqust — Sputnik. Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında rəsmi Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin(XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladığı üçtərəfli razılaşmanın elementlərindən biridir:
"Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında rəsmi Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir. Bunun üçün bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edilir".
Rusiya XİN rəsmisi onu da əlavə edib ki, hər il üçtərəfli sammitlər keçirilir, mütəmadi olaraq XİN rəhbərləri görüşür və bu yaxınlarda belə bir görüş baş tutub.
Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirmişdi ki, mümkün qədər tez bir zamanda sülhə nail olmaq barədə Bakı və İrəvandan daxil olan siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Hələ bir sıra mürəkkəb mövzuların həlli yolları tapılmalıdır.
Denis Qonçar - Sputnik Azərbaycan, 1920, 04.08.2023
RUSİYA
Azərbaycan və Ermənistan istənilən şərtlə sülhə hazır deyil - Rusiya XİN
Xəbər lenti
0