https://sputnik.az/20230804/azerbaycan-ve-ermenistan-istenilen-sertle-sulhe-hazir-deyil---rusiya-xn-457423497.html
Azərbaycan və Ermənistan istənilən şərtlə sülhə hazır deyil - Rusiya XİN
Azərbaycan və Ermənistan istənilən şərtlə sülhə hazır deyil - Rusiya XİN
Sputnik Azərbaycan
Diplomat qeyd edib ki, ən mühüm məsələlərdən biri Azərbaycanın qanunvericiliyi çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və... 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T10:32+0400
2023-08-04T10:32+0400
2023-08-04T11:02+0400
rusiya
azərbaycan
ermənistan
sülh
https://cdnn1.img.sputnik.az/img/07e7/08/04/457423475_2:0:1920:1079_1920x0_80_0_0_d000c6eaddff11c1bf66bed66836f983.jpg
BAKI, 4 avqust — Sputnik. Azərbaycan və Ermənistan istənilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır deyillər, hələ həllini gözləyən çətin məsələlər var. Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. Diplomat qeyd edib ki, bunlardan ən mühümü Azərbaycanın qanunvericiliyi çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunması məsələsidir.Diplomat vurğulayıb ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal kömək edir."Bundan əlavə, 2022-ci ilin aprelində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev təyin edilib və aktiv fəaliyyət göstərir", - deyə Qonçar xatırladıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/04/457423475_354:0:1793:1079_1920x0_80_0_0_f29ee9e755e7a932ec93917abd3c814a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, ermənistan, sülh
azərbaycan, ermənistan, sülh
Azərbaycan və Ermənistan istənilən şərtlə sülhə hazır deyil - Rusiya XİN
10:32 04.08.2023 (Yenilənib: 11:02 04.08.2023) Diplomat qeyd edib ki, ən mühüm məsələlərdən biri Azərbaycanın qanunvericiliyi çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hüquqlarına riayət olunması məsələsidir.
BAKI, 4 avqust — Sputnik. Azərbaycan və Ermənistan istənilən şərtlərlə sülh müqaviləsi bağlamağa hazır deyillər, hələ həllini gözləyən çətin məsələlər var. Bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.
"Bakı və Yerevandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ də bir sıra çətin məsələlər üzrə həll yollarını tapmalıyıq", - deyə o, bildirib.
Diplomat qeyd edib ki, bunlardan ən mühümü Azərbaycanın qanunvericiliyi çərçivəsində Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunması məsələsidir.
"Müvafiq tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsini təsdiqləməsi bu məntiqi dəstəkləyir. Sazişin həyata keçirilməsinə beynəlxalq dəstək mexanizmi də tələb olunur ki, bu da Azərbaycan və Ermənistanın müstəqilliyi, suverenliyi və siyasi vəziyyətini şübhə altına almayacaq", - Qonçar əlavə edib.
Diplomat vurğulayıb ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal kömək edir.
"Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya bütün səviyyələrdə siyasi-diplomatik kanallardan istifadə edərək, bu sənədin hazırlanmasında Bakı və Yerevana fəal kömək edir: üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm olaraq görüşürlər", - Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru bildirib.
"Bundan əlavə, 2022-ci ilin aprelində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev təyin edilib və aktiv fəaliyyət göstərir", - deyə Qonçar xatırladıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.