https://sputnik.az/20230809/qarabag-iqtisadi-rayonunda-ilk-dost-merkezi-acilacaq-454412808.html
2025-ci ilin sonunadək ölkədə 17 DOST mərkəzi istifadəyə veriləcək
2025-ci ilin sonunadək ölkədə 17 DOST mərkəzi istifadəyə veriləcək
Sputnik Azərbaycan
Fərid Məmmədov bildirib ki, Şuşa şəhərində xüsusi statuslu filialın təşkili istiqamətində işlər gedir. Bununla bağlı Qarabağ və Şərqi Zəngəzur proqramı... 09.08.2023, Sputnik Azərbaycan
2023-08-09T16:53+0400
2023-08-09T16:53+0400
2023-08-09T16:40+0400
cəmiyyət
dost agentliyi
dost iş mərkəzi
dost
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426573806_0:0:3153:1773_1920x0_80_0_0_be89deb9f1ad61dbfd4682f4599406c5.jpg
BAKI, 9 avqust - Sputnik. 2025-ci ilin sonunadək ölkədə 17 DOST mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş görüşdə deyib. Onun sözlərinə görə, Şuşa şəhərində xüsusi statuslu filialın təşkili istiqamətində işlər gedir. Bununla bağlı Qarabağ və Şərqi Zəngəzur proqramı işlənib.F.Məmmədov Bakıda 6 mərkəzin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. DOST Agentliyi Xatırladaq ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub. 02.05.23, 21:15Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi açılacaqTezliklə Bərdə şəhərində növbəti DOST mərkəzi istifadəyə veriləcək.Bu barədə DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib.O qeyd edib ki, Mərkəzin yaxın zamanlarda vətəndaşlara xidmətə başlayacağı gözlənilir:"Bu, Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi olacaq. Qarabağda daha bir DOST mərkəzi Şuşa şəhərində fəaliyyət göstərəcək. Mərkəzin yerləşəcəyi binada hazırda təmir işləri aparılır. Eyni zamanda Qubada və Naxçıvanda DOST mərkəzləri üçün binaların tikintisi davam edir".Xatırladaq ki, hazırda beşi Bakıda, biri Abşeron rayonunda olmaqla altı DOST mərkəzi fəaliyyət göstərir. Həmçinin Şərqi Zəngəzur İqtisadi rayonunda, Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi sakinlərin ixtiyarına verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1e/426573806_0:0:2729:2047_1920x0_80_0_0_f874d891085aed9f694f2aa3db410334.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dost agentliyi, dost iş mərkəzi, dost
dost agentliyi, dost iş mərkəzi, dost
2025-ci ilin sonunadək ölkədə 17 DOST mərkəzi istifadəyə veriləcək
Fərid Məmmədov bildirib ki, Şuşa şəhərində xüsusi statuslu filialın təşkili istiqamətində işlər gedir. Bununla bağlı Qarabağ və Şərqi Zəngəzur proqramı işlənib.
BAKI, 9 avqust - Sputnik. 2025-ci ilin sonunadək ölkədə 17 DOST mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub. Bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyinin 5 illik fəaliyyətinə həsr olunmuş görüşdə deyib.
Onun sözlərinə görə, Şuşa şəhərində xüsusi statuslu filialın təşkili istiqamətində işlər gedir. Bununla bağlı Qarabağ və Şərqi Zəngəzur proqramı işlənib.
F.Məmmədov Bakıda 6 mərkəzin fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. DOST Agentliyi Xatırladaq ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub.
9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub.
Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi açılacaq
Tezliklə Bərdə şəhərində növbəti DOST mərkəzi istifadəyə veriləcək.
Bu barədə DOST Agentliyinin mətbuat katibi Şahin Əliyev APA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, Mərkəzin yaxın zamanlarda vətəndaşlara xidmətə başlayacağı gözlənilir:
"Bu, Qarabağ iqtisadi rayonunda ilk DOST mərkəzi olacaq. Qarabağda daha bir DOST mərkəzi Şuşa şəhərində fəaliyyət göstərəcək. Mərkəzin yerləşəcəyi binada hazırda təmir işləri aparılır. Eyni zamanda Qubada və Naxçıvanda DOST mərkəzləri üçün binaların tikintisi davam edir".
Xatırladaq ki, hazırda beşi Bakıda, biri Abşeron rayonunda olmaqla altı DOST mərkəzi fəaliyyət göstərir. Həmçinin Şərqi Zəngəzur İqtisadi rayonunda, Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi sakinlərin ixtiyarına verilib.