https://sputnik.az/20230809/ozbekistanin-sabiq-prezidentinin-qizinin-britaniyada-emlaki-musadire-edilib-457555983.html
Özbəkistanın sabiq prezidentinin qızının Britaniyada əmlakı müsadirə edilib
Özbəkistanın sabiq prezidentinin qızının Britaniyada əmlakı müsadirə edilib
Sputnik Azərbaycan
Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb. 09.08.2023, Sputnik Azərbaycan
2023-08-09T12:35+0400
2023-08-09T12:35+0400
2023-08-09T12:45+0400
özbəkistan
dünya xəbərləri
gülnarə kərimova
özbəkistanın mərhum prezidenti islam kərimovun qızı gülnarə kərimova həbs olunub
islam kərimov
britaniya
britaniya kraliçası aleksandrina viktoriya
https://cdnn1.img.sputnik.az/img/07e7/08/09/457555815_0:0:1984:1117_1920x0_80_0_0_332e8d16a2ac734673a4d44ee32fbbbf.jpg
BAKI, 9 avqust — Sputnik. Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Böyük Britaniyada 25 milyon dollarlıq əmlakı müsadirə edilib. Bu barədə Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti (Seriuos Fraud Office - SFO) məlumat yayıb. Kərimovanın müsadirə olunmuş əmlaklarına Londonun Belqraviya bölgəsində yerləşən iki mənzil və Surrey qraflığındakı malikanə daxildir. Qeyd olunub ki, Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb. SFO-dan bildirilib ki, Böyük Britaniyada korrupsiyanın kökünü kəsmək üçün davam etdirilən işlərdə irəliyə doğru bir addım olacaq. Xatırladaq ki, 2015-ci ilin avqust ayında Gülnarə Kərimova hədə-qorxu ilə pul tələb etmək və vergidən yayınmaq ittihamı üzrə təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə o, digər cinayət işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Özbəkistanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyi Gülnarə Kərimovanın aktivlərinin qaytarılması məsələsi ilə bağlı bir sıra xarici dövlətlərlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə iş aparır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/09/457555815_0:0:1984:1489_1920x0_80_0_0_b2fdd56bf007300ebc57bfd4edb8e433.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
özbəkistan, gülnarə kərimova, özbəkistanın mərhum prezidenti islam kərimovun qızı gülnarə kərimova həbs olunub, islam kərimov, britaniya, britaniya kraliçası aleksandrina viktoriya
özbəkistan, gülnarə kərimova, özbəkistanın mərhum prezidenti islam kərimovun qızı gülnarə kərimova həbs olunub, islam kərimov, britaniya, britaniya kraliçası aleksandrina viktoriya
Özbəkistanın sabiq prezidentinin qızının Britaniyada əmlakı müsadirə edilib
12:35 09.08.2023 (Yenilənib: 12:45 09.08.2023) Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb.
BAKI, 9 avqust — Sputnik. Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın Böyük Britaniyada 25 milyon dollarlıq əmlakı müsadirə edilib.
Bu barədə Böyük Britaniya hökumətinin korrupsiya və irimiqyaslı dələduzluq əməllərinin təhqiqatı üzrə departamenti (Seriuos Fraud Office - SFO) məlumat yayıb.
Kərimovanın müsadirə olunmuş əmlaklarına Londonun Belqraviya bölgəsində yerləşən iki mənzil və Surrey qraflığındakı malikanə daxildir.
Qeyd olunub ki, Kərimova 2004-2012-ci illərdə telekommunikasiya şirkətlərindən Özbəkistan bazarına çıxmağa kömək etmək üçün yüz milyonlarla dollar rüşvət alıb.
SFO-dan bildirilib ki, Böyük Britaniyada korrupsiyanın kökünü kəsmək üçün davam etdirilən işlərdə irəliyə doğru bir addım olacaq.
Xatırladaq ki, 2015-ci ilin avqust ayında Gülnarə Kərimova hədə-qorxu ilə pul tələb etmək və vergidən yayınmaq ittihamı üzrə təqsirli bilinib. 2017-ci il dekabrın 18-də isə o, digər cinayət işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Özbəkistanın Baş Prokurorluğu və Ədliyyə Nazirliyi Gülnarə Kərimovanın aktivlərinin qaytarılması məsələsi ilə bağlı bir sıra xarici dövlətlərlə, o cümlədən ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə iş aparır.