ELM

Elm artıq insanların Aya enməsini tələb etmir, lakin siyasi effekt də vacibdir – astronom

© AP Photo / Charlie RiedelAy, arxiv şəkli
Ay, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Astronomun fikrincə, robotlar çox şey edə bilirlər, onlar daha ucuzdur, uğursuz uçuş isə qurbansız olacaq.
BAKI, 9 avqust — Sputnik. Elm artıq insanların Aya enməsini tələb etmir - robotların tətbiqi daha ucuz və təhlükəsizdir. Lakin insanın başqa bir göy cisminin səthinə enməsinin ideoloji effekti də əhəmiyyət kəsb edir.
Bunu "RİA Novosti"yə astronom, Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Dövlət Astronomiya İnstitutunun baş elmi işçisi Vladimir Surdin deyib.
"Sırf elmi cəhətdən danışsaq, əlbəttə ki, Ayın da daxil olduğu bütün planetlərin araşdırılmasında insanın rolu artıq sıfırdır. Robotlar çox şey edə bilirlər, onlar daha ucuzdur, uğursuz uçuş isə qurbansız olacaq", - deyə Surdin bildirib.
Astronom qeyd edib ki, elm ilə yanaşı "ideologiya və siyasət" də əhəmiyyət kəsb edir.
"Burada əhaliyə ən bacarıqlı olduğunu, birinci olduğunu nümayiş etdirmək vacibdir. Hazırda çinlilər də bunu istəyirlər - Çindəki milyardlarla insan çinli birinin Aya ayaq basmasından ancaq xoşbəxt olacaq. "Roskosmos"un Ayın səthinə insan endirmək kimi planı var. Lakin hazırda bu planlar harasa - gələcəyə doğru uçur, çünki ölkənin siyasəti buna uyğun deyil," - deyə Surdin əlavə edib.
Xəbər lenti
0