https://sputnik.az/20230809/ciyelek-ve-uzum-sahelerinde-fitosanitar-monitorinqler-ne-meqsedle-aparilir-457552791.html
Çiyələk və üzüm sahələrində fitosanitar monitorinqlər nə məqsədlə aparılır
Çiyələk və üzüm sahələrində fitosanitar monitorinqlər nə məqsədlə aparılır
Sputnik Azərbaycan
AQTA yeni yeyinti yeri tapıb: çiyələk və üzüm bağları
2023-08-09T11:33+0400
2023-08-09T11:33+0400
2023-08-09T11:45+0400
üzüm
cəmiyyət
baytarlıq və fitosanitariya üzrə federal xidməti
dövlət fitosanitar nəzarəti xidməti
çiyələk
https://cdnn1.img.sputnik.az/img/07e5/02/05/426146934_0:0:3071:1728_1920x0_80_0_0_333ea461ab06cbd617ecc2b5485a063a.jpg
BAKI, 9 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir. Bu çərçivədə Agentliyin Lənkəran-Astara regional bölməsinin müfəttişləri tərəfindən regional bölmənin əhatə etdiyi inzibati ərazilərdə yerləşən 20 təsərrüfat subyektinə məxsus 124.3 hektar çiyələk əkin sahəsində monitorinqlər aparılıb. Monitorinqlər zamanı çiyələk məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində 5 təsərrüfatda bitki və ətraf aləm üçün zərərli hesab olunan karantin tətbiq edilməyən zərərli orqanizmlərdən meyvə milçəyi (Drosophila melonogaster), 1 təsərrüfatda pambıq sovkası (Helicoverpa armigera), 1 təsərrüfatda isə karantin tətbiq edilən Qərb çiçək tripsi (Frankliniella occidentalis) aşkarlanıb. Həmçinin çiyələk sahələrində Qərb çiçək tripsinin mövcudluğunu müəyyən etmək məqsədilə müvafiq feromon tələlər asılıb. Çiyələk sahələri ilə yanaşı iyul-avqust ayları ərzində 11 təsərrüfat subyektinə məxsus 156 hektar üzüm bağlarında da monitorinqlər aparılıb, nümunələr götürülərək müvafiq müayinələrə cəlb edilib. Müayinələr nəticəsində hər hansı karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb. Aşkarlanan zərərli orqanizmlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib, təsərrüfat sahiblərinə tapşırıq və tövsiyələr verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/05/426146934_340:0:3071:2048_1920x0_80_0_0_3f6eae83a48260c25bdb93173dec7e7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta çiyələk üzüm yeyinti yerləri yoxlama
aqta çiyələk üzüm yeyinti yerləri yoxlama
Çiyələk və üzüm sahələrində fitosanitar monitorinqlər nə məqsədlə aparılır
11:33 09.08.2023 (Yenilənib: 11:45 09.08.2023) Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin müfəttişləri tərəfindən çiyələk və üzüm bağlarında monitorinqlər həyata keçirilib.
BAKI, 9 avqust — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.
Bu çərçivədə Agentliyin Lənkəran-Astara regional bölməsinin müfəttişləri tərəfindən regional bölmənin əhatə etdiyi inzibati ərazilərdə yerləşən 20 təsərrüfat subyektinə məxsus 124.3 hektar çiyələk əkin sahəsində monitorinqlər aparılıb.
Monitorinqlər zamanı çiyələk məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində 5 təsərrüfatda bitki və ətraf aləm üçün zərərli hesab olunan karantin tətbiq edilməyən zərərli orqanizmlərdən meyvə milçəyi (Drosophila melonogaster), 1 təsərrüfatda pambıq sovkası (Helicoverpa armigera), 1 təsərrüfatda isə karantin tətbiq edilən Qərb çiçək tripsi (Frankliniella occidentalis) aşkarlanıb.
Həmçinin çiyələk sahələrində Qərb çiçək tripsinin mövcudluğunu müəyyən etmək məqsədilə müvafiq feromon tələlər asılıb.
Çiyələk sahələri ilə yanaşı iyul-avqust ayları ərzində 11 təsərrüfat subyektinə məxsus 156 hektar üzüm bağlarında da monitorinqlər aparılıb, nümunələr götürülərək müvafiq müayinələrə cəlb edilib. Müayinələr nəticəsində hər hansı karantin tətbiq edilən zərərli orqanizm aşkarlanmayıb.
Aşkarlanan zərərli orqanizmlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib, təsərrüfat sahiblərinə tapşırıq və tövsiyələr verilib.