DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BMT-nin baş katibi dünyanı nüvə silahından qurtulmağa çağırdı

© AP Photo / Paul WhiteAntonio Quterreş
Antonio Quterreş - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
BMT Baş katibinin Naqasakiyə atom bombasının atılmasının 78-ci ildönümü ilə bağlı müraciətində nüvə fəlakəti riskinin Soyuq Müharibədən bəri ən yüksək səviyyədə olduğu vurğulanıb.
BAKI, 9 avqust — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş dünyanı nüvə silahından qurtulmağa çağırıb.
BMT Baş katibinin Naqasakiyə atom bombasının atılmasının 78-ci ildönümü ilə bağlı müraciətində deyilir: "Biz dünyanı bu qeyri-insani silahdan xilas etməliyik".
O, nüvə silahlarının ləğvinin BMT-nin tərksilah üzrə ən yüksək prioriteti olduğunu qeyd edib, hazırda nüvə fəlakəti riskinin Soyuq Müharibədən bəri ən yüksək səviyyədə olduğunu vurğulayıb.
"Bu təhdidlər qarşısında dünya birliyi vahid cəbhədə çıxış etməlidir. Nüvə silahından istənilən istifadə qəbuledilməzdir" - Baş katib bildirib.
Onun sözlərinə görə, nüvə təhlükəsini aradan qaldırmağın yeganə yolu nüvə silahını yox etməkdir.
Xəbər lenti
0