Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda məktəbli formalarını haradan alaq - SİYAHI

© Sputnik / Zullfiye GuluyevaBakı Tekstil Fabrikində məktəbli formaları
Bakı Tekstil Fabrikində məktəbli formaları - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər.
BAKI, 9 avqust — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərara əsasən məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, valideynlərin məlumatlandırılması zamanı məktəbli formalarının satış məntəqələrindən hər hansı biri xüsusi fərqləndirilmir. Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur. Valideynlər özlərinə yaxın olan və ya özlərinin məsləhət bildikləri məntəqədən övladları üçün müvafiq formaları əldə edə bilərlər. Eyni zamanda, məktəbli formalarının satış məntəqələri ilə bağlı media vasitəsilə ictimaiyyət də məlumatlandırılıb, satış məntəqələrinin ünvanları qeyd olunub.
Nazirlər Kabinetinin sözügedən qərarında göstərilən 4 rəngdə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.
Xəbər lenti
0