CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərkosmos" peyki üzərindən tanınmış idman kanalı yayıma başlayıb

© Sputnik / Artyom Korenyuk / Mediabanka keçidTelevizor pultu
Televizor pultu - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Avrasiya ölkələri arasında kifayət qədər tanınan kanal ingilis, rus, gürcü dillərində Premyer Liqa, Bundesliqa, La Liqa, Serie A, Liqa 1, UEFA Çempionlar Liqası kimi futbol çempionatlarını və digər idman yarışlarını izləyicilərinə təqdim edir.
BAKI, 9 avqust — Sputnik. Tanınmış idman kanalı "Setanta Sports" "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi – "Azərkosmos" məlumat yayıb.
Məlumatda bildirilib ki, Avrasiya ölkələri arasında kifayət qədər tanınan "Setanta Sports" kanalı ingilis, rus, gürcü dillərində Premyer Liqa, Bundesliqa, La Liqa, Serie A, Liqa 1, UEFA Çempionlar Liqası kimi futbol çempionatlarını, həmçinin Formula 1, tennis oyunları və digər idman yarışlarını izləyicilərinə təqdim edir.
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxs
Xatırladaq ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib.
2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb.
"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" yaradılıb.
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.
Xəbər lenti
0