SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın "Axilles dabanı"na çıxış: İran Zəngəzur dəhlizindən niyə narahatdır?

© SputnikZəngəzur
Zəngəzur - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması böyük bir coğrafiyada birgəyaşayışın, sülhün və dayanıqlı inkişafın əsas stimullaşdırıcı elementi kimi meydana çıxır.
BAKI, 9 avqust — Sputnik. Əgər Zənzəgur dəhlizi reallığa çevrilsə, Azərbaycan Naxçıvana Ermənistanın Sünik (Zəngəzur) vilayətindən, heç bir erməni nəzarət-buraxılış məntəqəsindən keçmədən sərbəst çıxış əldə edəcək. Bu İran-Ermənistan sərhədini həmişəlik kəsəcək. Bu barədə İranın “Jamaran” nəşri yazıb.
Məqalədə Naxçıvan Azərbaycanın “Axilles dabanı” kimi göstərilir. Naxçıvan vasitəsilə Türkiyə ilə əlaqələrin Azərbaycan üçün önəmi vurğulanır.
Sputnik Azərbaycan Zəngəzur dəhlizinin nə üçün bu qədər narahatlıq yartması ilə bağlı millət vəkili Ceyhun Məmmədov və politoloq İlyas Hüseynovla həmsöhbət olub.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı İranın narahatlıqları dəhlizin açılacağı təqdirdə bu ölkənin tranzit rolunun azalması təhlükəsi ilə əlaqədardır. Burada iqtisadi səbəblərlə yanaşı, siyasi məqamlar da var və onlar gözardı edilə bilməz:
"İranda hesab edirlər ki, bu dəhlizin açılması İran-Ermənistan əlaqələrinə xələl gətirə bilər. Bütün bunlara baxmayaraq Azərbaycan öz mövqeyini aydın şəkildə İrana çatıdırıb ki, narahatlıq üçün heç bir əsas yoxdur".
© Photo : Azerbaijan Institute of TheologyDeputat Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov  - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Deputat Ceyhun Məmmədov
Ceyhun Məmmədov bildirib ki, Azərbaycan tərəfi İranla münasibətlərin normallaşdırılmasında, inkişafında maraqlıdır:

"Zəngəzur dəhlizinin açılması bütün bölgə dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsirini göstərə bilər. Azərbaycan onsuz da bu məsələdə istədiyinə gec-tez nail olacaq, çünki bu təkcə Azərbaycan üçün önəmli deyil. Bu dəhliz Çin, Rusiya, o cümlədən Avropa üçün önəmlidir. Düşünürəm ki, İran tərəfi reallıqları nəzərə almalıdır".

Millət vəkili bildirib ki, İran Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərsə də, hələlik real addımlar atılmayıb: "Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hücumunun ciddi araşdırılması təmin edilməlidir".
Politoloqun İlyas Hüseynov isə bildirib ki, Vətən müharibəsi yeni geosiyasi reallıqlar yaradıb və Ermənistan da 44 günlük müharibədən sonra üzərinə öhdəliklər götürüb:
"Bu öhdəliklər 10 noyabrda imzalanmış üçtərəfli bəyanatda təsbit olunub. Ermənistan öhdəsinə götürürdü ki, Azərbaycan ərazisindən silahlı qüvvələrini geri çəkəcək, öz ərazisindən keçməklə Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək. Anlaşılandır ki, regional əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat arteriyalarının istifadəyə verilməsi sülhü, təhlükəsizliyi və sabitliyi möhkəmləndirən amil kimi nəzərdən keçirilir. Burada rəsmi Bakı və Ankara tərəfindən irəli sürülmüş "3+3" platforması da diqqətə layiqdir".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 08.08.2023
İlyas Hüseynov
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması böyük bir coğrafiyada birgəyaşayışın, sülhün və dayanıqlı inkişafın əsas stimullaşdırıcı elementi kimi meydana çıxır:
"Təəssüf ki, rəsmi Tehran burada tamamilə fərqli yanaşmaları irəli sürdü. Sanki Zəngəzur dəhlizinin açılması Ermənistanla İran arasında dövlət sərhədini pozacaqmış, geosiyasi dəyişikliklərə gətirib çıxaracaqmış. Bu baxımdan məşhur qırmızı cizgilər tezisini irəli sürdülər. Bu yanaşma tamamilə yanlış idi. İranla Azərbaycan arasında yaşanan soyuqluq, etimadın azalması fonunda hələ də bu tezislər aktuallığını saxlayır. Zəngəzur dəhlizi regional sülhü möhkəmlədirən amil kimi ortaya çıxır və buna qarşı olan çıxışlar yalnız sülhü pozmağa yönəlmiş amil kimi qiymətləndirilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0