https://sputnik.az/20230809/azerbaycana-en-cox-turist-rusiyadan-gelib---syahi-457573708.html
Azərbaycana ən çox turist Rusiyadan gəlib - SİYAHI
Azərbaycana ən çox turist Rusiyadan gəlib - SİYAHI
Sputnik Azərbaycan
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 144 122 turist səfər edib. 09.08.2023, Sputnik Azərbaycan
2023-08-09T20:50+0400
2023-08-09T20:50+0400
2023-08-09T20:50+0400
cəmiyyət
rusiya
rus turistlər
türkiyə
dövlət turizm agentliyi
səudiyyə ərəbistanı
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425494959_0:0:3226:1816_1920x0_80_0_0_1af4780b39237a18414aaaa3ef268f33.jpg
BAKI, 9 avqust — Sputnik. 2023-cü ilin iyul ayında Azərbaycanı 224 826 əcnəbi vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,24 faiz yüksəkdir. Dövlət Turizm Agentliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 144 122 turist səfər edib (göstərici 37,48 faiz artıb). 2023-cü ilin iyul ayında Azərbaycana səfər etmiş əcnəbilərin sayının ən yüksək olduğu 10 ölkə siyahısına Rusiya (72,4 min nəfər), Türkiyə (31,3 min nəfər), Səudiyyə Ərəbistanı (21,9 min nəfər), İran (14,5 min nəfər), Gürcüstan (8,7 min nəfər), Hindistan (7,8 min nəfər), Qazaxıstan (6,3 min nəfər), Pakistan (5,9 min nəfər), Birləşmiş Ərəb Əmirlikləri (5,2 min nəfər) və İsrail (4,4 min nəfər) daxil olub. Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycana səfər edən turistlərin sayı 119 094, fevralda 113 473, martda 136 505, apreldə 154 233, mayda 190 081, iyunda isə 205 910 olub. Xatırladaq ki, 2022-ci ildə Azərbaycana 1 602 600 əcnəbi vətəndaş səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən (790 062) 2 dəfədən çox yüksəkdir. Türkiyə rus turistlər üçün ən bahalı beş ölkə siyahısına daxil olub Əlavə edək ki, Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze mətbuat konfransında deyib ki, 2023-cü ilin yayında Türkiyə ilk dəfə olaraq rus turistlər üçün ən bahalı beş ölkə siyahısına daxil olub. "Türkiyə ilk dəfə olaraq ən bahalı beş istiqamət siyahısına daxil olub. Bütün turizm tarixi boyu belə hal olmayıb, bu istiqamət həmişə ən kütləvi və əlçatan olub", - deyə o bildirib. Lomidzenin sözlərinə görə, bu yay ən bahalı istiqamət Maldiv adaları olub. İkinci yerdə Kuba, üçüncü yerdə Şri-Lanka, dördüncü yerdə isə Türkiyə gəlib. O bildirib ki, bu yay səyahət üçün ən ucuz istiqamət Rusiya olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425494959_495:0:3226:2048_1920x0_80_0_0_41e21dbe9f836e28f4f51c461b5e9230.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, rus turistlər, türkiyə, dövlət turizm agentliyi, səudiyyə ərəbistanı
rusiya, rus turistlər, türkiyə, dövlət turizm agentliyi, səudiyyə ərəbistanı
Azərbaycana ən çox turist Rusiyadan gəlib - SİYAHI
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 144 122 turist səfər edib.
BAKI, 9 avqust — Sputnik. 2023-cü ilin iyul ayında Azərbaycanı 224 826 əcnəbi vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 16,24 faiz yüksəkdir.
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycana 1 144 122 turist səfər edib (göstərici 37,48 faiz artıb).
2023-cü ilin iyul ayında Azərbaycana səfər etmiş əcnəbilərin sayının ən yüksək olduğu 10 ölkə siyahısına Rusiya (72,4 min nəfər), Türkiyə (31,3 min nəfər), Səudiyyə Ərəbistanı (21,9 min nəfər), İran (14,5 min nəfər), Gürcüstan (8,7 min nəfər), Hindistan (7,8 min nəfər), Qazaxıstan (6,3 min nəfər), Pakistan (5,9 min nəfər), Birləşmiş Ərəb Əmirlikləri (5,2 min nəfər) və İsrail (4,4 min nəfər) daxil olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar ayında Azərbaycana səfər edən turistlərin sayı 119 094, fevralda 113 473, martda 136 505, apreldə 154 233, mayda 190 081, iyunda isə 205 910 olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycana 1 602 600 əcnəbi vətəndaş səfər edib ki, bu da 2021-ci ilin göstəricisindən (790 062) 2 dəfədən çox yüksəkdir.
Türkiyə rus turistlər üçün ən bahalı beş ölkə siyahısına daxil olub
Əlavə edək ki, Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze mətbuat konfransında deyib ki, 2023-cü ilin yayında Türkiyə ilk dəfə olaraq rus turistlər üçün ən bahalı beş ölkə siyahısına daxil olub.
"Türkiyə ilk dəfə olaraq ən bahalı beş istiqamət siyahısına daxil olub. Bütün turizm tarixi boyu belə hal olmayıb, bu istiqamət həmişə ən kütləvi və əlçatan olub", - deyə o bildirib.
Lomidzenin sözlərinə görə, bu yay ən bahalı istiqamət Maldiv adaları olub. İkinci yerdə Kuba, üçüncü yerdə Şri-Lanka, dördüncü yerdə isə Türkiyə gəlib.
O bildirib ki, bu yay səyahət üçün ən ucuz istiqamət Rusiya olub.