Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Avqustun 10-da Bakıda neçə dərəcə isti olacaq?

© AFP 2023 / GIUSEPPE CACACEBakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
BAKI, 9 avqust — Sputnik. Avqustun 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 36-41°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.
Xəbər lenti
0