https://sputnik.az/20230809/agircekili-neqliyyat-vasitelerinin-musayiet-olunmasina-gore-xidmet-haqqi-mueyyenlesib-457568126.html
Ağırçəkili nəqliyyat vasitələrinin müşayiət olunmasına görə xidmət haqqı müəyyənləşib
Ağırçəkili nəqliyyat vasitələrinin müşayiət olunmasına görə xidmət haqqı müəyyənləşib
Sputnik Azərbaycan
Bundan öncə Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyən edilmişdi. 09.08.2023, Sputnik Azərbaycan
2023-08-09T20:13+0400
2023-08-09T20:13+0400
2023-08-09T20:13+0400
nəqliyyat vasitələri
cəmiyyət
əli əsədov
avtomobil
https://cdnn1.img.sputnik.az/img/07e5/04/05/426621344_0:0:1920:1080_1920x0_80_0_0_113d09940c1aa225911161ddf6aefe54.jpg
BAKI, 9 avqust — Sputnik. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği aşağıdakı kimi olacaq: - İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) - 1,49 manat; - İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət avtomobilləri ilə müşayiət olunma (1 kilometr üçün) - 1,68 manat; - Hərəkət marşrutunun müəyyən olunması - 30 manat. Xatırladaq ki, Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyənləşib. Bu, cari ilin aprelin 11-də Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb. Qanunda qeyd edilib ki, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir: Mühafizə avtomobili ilə: 1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda; 2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda; 3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda; 4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda; Mühafizə və müşayiət avtomobili ilə: 1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda; 2. nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda; 3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda; 4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda; 5. daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur. Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/05/426621344_240:0:1680:1080_1920x0_80_0_0_79c94baf9d3d301302eff83178a67c98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nəqliyyat vasitələri, əli əsədov, avtomobil
nəqliyyat vasitələri, əli əsədov, avtomobil
Ağırçəkili nəqliyyat vasitələrinin müşayiət olunmasına görə xidmət haqqı müəyyənləşib
Bundan öncə Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyən edilmişdi.
BAKI, 9 avqust — Sputnik. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği müəyyən edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə və müşayiət avtomobilləri ilə müşayiət olunmasına və hərəkət marşrutunun müəyyən olunmasına görə xidmət haqqının məbləği aşağıdakı kimi olacaq:
- İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin mühafizə avtomobilləri ilə müşayiət olunması (1 kilometr üçün) - 1,49 manat;
- İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin müşayiət avtomobilləri ilə müşayiət olunma (1 kilometr üçün) - 1,68 manat;
- Hərəkət marşrutunun müəyyən olunması - 30 manat.
Xatırladaq ki, Azərbaycanda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hansı hallarda müşayiət olunması qaydası müəyyənləşib. Bu, cari ilin aprelin 11-də Prezident İlham Əliyevin təsdiqlədiyi "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qanunda qeyd edilib ki, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir:
1. nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda;
2. nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda;
3. nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda;
4. nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda;
Mühafizə və müşayiət avtomobili ilə:
1. nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda;
2. nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda;
3. nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda;
4. hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda;
5. daşınma prosesində iriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə yol hərəkətinin tənzimlənməsi üzrə bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən tədbirlərin həyata keçirilməsinə zərurət olduqda.
İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumu tutulur. İriqabaritli və ağırçəkili nəqliyyat vasitəsinin bu Qanunun 48.1-1.1-ci və 48.1-1.2-ci maddələrinə uyğun olaraq müvafiq avtonəqliyyat vasitələri ilə müşayiət olunmasına, həmçinin bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hallarda hərəkət marşrutunun müəyyən olunmasına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı tutulur.
Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazənin verilməsi üçün ərizəçi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada müraciət edir. Ərizəçinin müraciətinə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.