DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİİ-də işsizlərin sayı 10,7% azalıb

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidAnket doldurmaq, arxiv şəkli
Anket doldurmaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Avrasiya İqtisadi İttifaqı ölkələrində işsizlərin sayı işçi qüvvəsinin 1%-ni təşkil edir.
BAKI, 9 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin məşğulluq xidmətlərində qeydiyyatda olan işsizlərin sayı 2023-cü ilin iyun ayının sonuna 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7% azalaraq 916,8 min nəfər təşkil edib.
Bu barədə məlumatı Avrasiya İqtisadi Komissiyasının Protokol və təşkilati təminat departamentinin İnformasiya təminatı şöbəsi yayıb.
Bildirilib ki, beləliklə, Aİİ-də işsizlərin sayı işçi qüvvəsinin 1%-ni təşkil edir. 2022-ci ildə bu rəqəm 1,1% təşkil edib.
Aİİ-da işsizlik haqqında daha ətraflı məlumatı Avrasiya iqtisadi Komissiyasının Statistika Departamentinin səhifəsində, "İşsizlik haqqında" bölmədən əldə etmək olar.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da bu təşkilata daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Aİİ fəaliyyətə rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.
Xəbər lenti
0