https://sputnik.az/20230808/turkiye-limaninda-bas-veren-partlayis-dunya-taxil-bazarina-nece-tesir-edecek-457541957.html
Türkiyə limanında baş verən partlayış dünya taxıl bazarına necə təsir edəcək?
Türkiyə limanında baş verən partlayış dünya taxıl bazarına necə təsir edəcək?
Sputnik Azərbaycan
İqtisadçı Gedikoğlu deyib ki, Türkiyə limanında baş verən partlayış taxılın qiymətlərinin artmasına səbəb ola bilər. 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T21:01+0400
2023-08-08T21:01+0400
2023-08-08T21:01+0400
türkiyə
dünya xəbərləri
rusiya
taxıl
taxıl sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 8 avqust — Sputnik. Türkiyənin Derincə limanında baş verən partlayış nəticəsində 15 min ton buğdanın itirilməsi istehsalçılar arasında çaxnaşma yarada və gələcəkdə dünya taxıl qiymətlərinin artmasına səbəb ola bilər. Bunu Konya Universitetinin professoru, beynəlxalq kənd təsərrüfatı iqtisadiyyatı üzrə mütəxəssis Haluk Gedikoğlu "TASS"a məlumat verib. Onun sözlərinə görə, bu qədər taxılın itirilməsi dünya bazarı üçün ciddi problem deyil. "Lakin anlamaq lazımdır ki, bu hadisə miqyasına görə kiçik olsa da, infrastruktur üçün risklərin mövcudluğunu nümayiş etdirib. Bu isə artıq istehsalçılar və tədarük zəncirlərinin iştirakçıları arasında çaxnaşmaya səbəb ola bilər ki, bu da artıq dünya qiymətlərinə təsir göstərə bilər", - deyə ekspert qeyd edib. Onun fikrincə, baş verənlər taxıl bazarının iştirakçılarını onun saxlanması və daşınması üçün infrastruktur problemləri barədə düşünməyə vadar edəcək. Xatırladaq ki, avqustun 7-də Türkiyənin Derincə limanında buğda yüklənməsi zamanı partlayış baş verib. Müxtəlif mənbələrə görə, 10 nəfərdən 12 nəfərə qədər insan xəsarət alıb. Partlayış dalğası yaxınlıqdakı Gölcük şəhərində də hiss olunub. 16 elevatordan 13-ü zədələnib. İlkin məlumatlara görə, hadisəyə elevatorda toplanmış toz səbəb ola bilər. Bu yaxınlarda Rusiya taxıl sazişinin pozulmasından sonra ilk dəfə olaraq bahalaşan buğdanı satıb.
https://sputnik.az/20230808/turkiye-hokumeti-derince-limanindaki-partlayisin-texribat-olub-olmadigini-arasdirir-457524087.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, rusiya, taxıl, taxıl sazişi
türkiyə, rusiya, taxıl, taxıl sazişi
Türkiyə limanında baş verən partlayış dünya taxıl bazarına necə təsir edəcək?
İqtisadçı Gedikoğlu deyib ki, Türkiyə limanında baş verən partlayış taxılın qiymətlərinin artmasına səbəb ola bilər.
BAKI, 8 avqust — Sputnik. Türkiyənin Derincə limanında baş verən partlayış nəticəsində 15 min ton buğdanın itirilməsi istehsalçılar arasında çaxnaşma yarada və gələcəkdə dünya taxıl qiymətlərinin artmasına səbəb ola bilər.
Bunu Konya Universitetinin professoru, beynəlxalq kənd təsərrüfatı iqtisadiyyatı üzrə mütəxəssis Haluk Gedikoğlu "TASS"a məlumat verib.
Onun sözlərinə görə, bu qədər taxılın itirilməsi dünya bazarı üçün ciddi problem deyil.
"Lakin anlamaq lazımdır ki, bu hadisə miqyasına görə kiçik olsa da, infrastruktur üçün risklərin mövcudluğunu nümayiş etdirib. Bu isə artıq istehsalçılar və tədarük zəncirlərinin iştirakçıları arasında çaxnaşmaya səbəb ola bilər ki, bu da artıq dünya qiymətlərinə təsir göstərə bilər", - deyə ekspert qeyd edib.
Onun fikrincə, baş verənlər taxıl bazarının iştirakçılarını onun saxlanması və daşınması üçün infrastruktur problemləri barədə düşünməyə vadar edəcək.
Xatırladaq ki, avqustun 7-də Türkiyənin Derincə limanında buğda yüklənməsi zamanı partlayış baş verib. Müxtəlif mənbələrə görə, 10 nəfərdən 12 nəfərə qədər insan xəsarət alıb. Partlayış dalğası yaxınlıqdakı Gölcük şəhərində də hiss olunub. 16 elevatordan 13-ü zədələnib. İlkin məlumatlara görə, hadisəyə elevatorda toplanmış toz səbəb ola bilər.
Bu yaxınlarda Rusiya taxıl sazişinin pozulmasından sonra ilk dəfə olaraq bahalaşan buğdanı satıb.