https://sputnik.az/20230808/sti-hava-seraiti-ile-bagli-suruculere-muraciet-edilib-457523836.html
İsti hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib
İsti hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib
Sputnik Azərbaycan
Sərnişinlərində isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə... 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T13:00+0400
2023-08-08T13:00+0400
2023-08-08T13:00+0400
sürücü
cəmiyyət
dyp
isti hava
isti havalar
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_0:74:1601:974_1920x0_80_0_0_70fd3b727932f2f86396c0a207317d0c.jpg
BAKI, 8 avqust — Sputnik. DYP isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturunun ötən günlərlə müqayisədə artacağı, xüsusilə Abşeron yarımadasının həftənin sonunadək isti hava dalğasının təsiri altında olacağı gözlənilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, mütəxəssislərin də qeyd etdiyi kimi, havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur. "Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır. Sərnişinlərində isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur", - qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_116:0:1415:974_1920x0_80_0_0_15170c3d4a47f6fb72e5f6ad3989364a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sürücü, dyp, isti hava, isti havalar
sürücü, dyp, isti hava, isti havalar
İsti hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib
Sərnişinlərində isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur.
BAKI, 8 avqust — Sputnik. DYP isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturunun ötən günlərlə müqayisədə artacağı, xüsusilə Abşeron yarımadasının həftənin sonunadək isti hava dalğasının təsiri altında olacağı gözlənilir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, mütəxəssislərin də qeyd etdiyi kimi, havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur.
"Qeyd olunanları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.
Sərnişinlərində isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur", - qeyd olunub.