Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, yaralılar var

© Photo : TRENDŞamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb
Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Hadisə zamanı yaralanan Bakı sakinləri 50 yaşlı Əmirova Gülayə Qaçay qızı və 15 yaşlı Rəhmanova Sürəyya Elton qızı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
BAKI, 8 avqust — Sputnik. Şamaxıda turistləri daşıyan avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
Hadisə zamanı yaralanan şəxslər Bakı sakinləri 50 yaşlı Əmirova Gülayə Qaçay qızı və 15 yaşlı Rəhmanova Sürəyya Elton qızıdır.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
14.21
Şamaxıda turistləri daşıyan avtobus qəzaya düşüb, qadın və azyaşlı xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.
Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.
Faktla bağlı araşdırma aparılır.
14:10
Şamaxı rayonunda turisləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.
Tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı "Daewoo" markalı sərnişin avtobusu bu gün saat 12:00 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır (Report).
Xəbər lenti
0