Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Sabah məktəbəhazırlıq qruplarına qəbul başlayır

© AR Ministry of EducationMəktəbəhazırlıq qrupu
Məktəbəhazırlıq qrupu - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
BAKI, 8 avqust — Sputnik. Sabah saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.
Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
Xəbər lenti
0