CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reabilitasiya mərkəzində xəstələrə əzab verməkdə təqsirləndirilən şəxsə hökm oxunub

© AP Photo / Jean-Francois BadiasMəhkəmə çəkici, arxiv şəkli
Məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
İttiham olunan Elvüsal Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynovun qardaşıdır.
BAKI, 8 avqust — Sputnik. "Nyu Layf" Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri olan Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən şəxslərə hökm oxunub.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadixovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Qeyd edək ki, "Nyu Layf" Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan "12 addım" proqramından istifadə olunub.
Mərkəzin rəhbəri Orucəli Heydərov, digər əməkdaşları - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar. İddia olunur ki, işgəncə nəticəsində pasiyentlərdən biri olan Hüseyn Məmmədov ölüb.
Zərərçəkmişlərə münasibətdə bir sıra işgəncə növlərindən istifadə edilib.
Bir müddət öncə dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. Elvüsal Hüseynov, Orucəli Heydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.
Xatırladaq ki, ittiham olunan Elvüsal Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynovun qardaşıdır.
Xəbər lenti
0