SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan-Azərbaycan əməkdaşlığında yeni üfüqlər açılıb

© Sputnik / Murad OrujovQoşulmama Hərəkatına üzv dövlətlərinin bayraqları, arxiv şəkli
Qoşulmama Hərəkatına üzv dövlətlərinin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Fərrux Tursunovun sözlərinə görə, ölkələr arasında əməkdaşlığın inkişafının ən mühüm hərəkətverici qüvvəsi Azərbaycan və Özbəkistan prezidentləri arasında etimada əsaslanan münasibətlərdir.
BAKI, 8 avqust — Sputnik. Özbəkistan Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu və təşəbbüslərini yüksək qiymətləndirir.
Bunu Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda keçirilən Dəyirmi masada Özbəkistan Xarici İşlər Nazirliyinin İnformasiya-Analitika Departamentinin direktoru Fərrux Tursunov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlığın inkişafının ən mühüm hərəkətverici qüvvəsi Azərbaycan və Özbəkistan prezidentləri arasında etimada əsaslanan münasibətlərdir.
O bildirib ki, ölkələr arasında hökumətlərarası və parlamentlərarası dialoq fəal inkişaf edir, iqtisadi və humanitar-mədəni əlaqələr dərinləşir.
F.Tursunov regional məsələlərdə, məsələn, Orta Dəhlizin inkişafında qarşılıqlı dəstəyin vacibliyindən də danışıb: "Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü və onun Cənubi Qafqazda təhlükəsizliyi və sülhü təmin etmək səylərini dəstəkləyir" (Report).
Xəbər lenti
0