https://sputnik.az/20230808/neftin-qiymeti-niye-ucuzlasib--457524471.html
Neft cüzi ucuzlaşsa da, qiymətlər hələ də apreldən bəri ən yüksək səviyyədədir
Neft cüzi ucuzlaşsa da, qiymətlər hələ də apreldən bəri ən yüksək səviyyədədir
Sputnik Azərbaycan
Son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı... 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T11:00+0400
2023-08-08T11:00+0400
2023-08-09T10:47+0400
neft
neft-qaz
azeri light markalı neft
"azeri light"
brent
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288745_0:160:3072:1888_1920x0_80_0_0_c7f68a40af2eb1b52271d66e7a43522a.jpg
BAKI, 9 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən ucuzlaşıb. "Brent" neftin qiyməti 0,22 dollar azalaraq 85,9 dollar, "Light" neftin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 82,7 dollar təşkil edib. Azərbaycan neftinin ("Azeri Light" markalı) qiyməti dəyişməyərək 89,45 dollar olub. Lakin neft qiymətləri aprelin ortalarından bəri hələ də ən yüksək səviyyədədir. Çünki Səudiyyə Ərəbistanı və Rusiya qiymətləri dəstəkləmək üçün hasilatın azaldılması müddətini daha bir ay uzatmağa qərar verib. Ümumiyyətlə, son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı gözləntiləri qiymətləri dəstəkləyib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.08.08.23, 11:12Dünya bazarında neft cüzi miqdarda bahalaşıb. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,07% artaraq 1 barelə görə 85,4 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin 0,13% artaraq, 82,05 dollara yüksəlib. Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 1,21 dollar artaraq 90,11 dollar olub. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288745_171:0:2902:2048_1920x0_80_0_0_434727b37b6eb32bfe3b149388621e60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
neft, azeri light markalı neft, "azeri light", brent
neft, azeri light markalı neft, "azeri light", brent
Neft cüzi ucuzlaşsa da, qiymətlər hələ də apreldən bəri ən yüksək səviyyədədir
11:00 08.08.2023 (Yenilənib: 10:47 09.08.2023) Son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı gözləntiləri qiymətləri dəstəkləyib.
BAKI, 9 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri nisbətən ucuzlaşıb.
"Brent" neftin qiyməti 0,22 dollar azalaraq 85,9 dollar, "Light" neftin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 82,7 dollar təşkil edib.
Azərbaycan neftinin ("Azeri Light" markalı) qiyməti dəyişməyərək 89,45 dollar olub. Lakin neft qiymətləri aprelin ortalarından bəri hələ də ən yüksək səviyyədədir. Çünki Səudiyyə Ərəbistanı və Rusiya qiymətləri dəstəkləmək üçün hasilatın azaldılması müddətini daha bir ay uzatmağa qərar verib.
Ümumiyyətlə, son həftələrdə ABŞ-nin faiz artımını azaldacağına dair gözləntilər, neft hasilatının azaldılması və dünyanın ən böyük neft idxalçısı Çində tələbin artacağı gözləntiləri qiymətləri dəstəkləyib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Dünya bazarında neft cüzi miqdarda bahalaşıb. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2023-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,07% artaraq 1 barelə görə 85,4 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin 0,13% artaraq, 82,05 dollara yüksəlib.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") bir barelinin qiyməti 1,21 dollar artaraq 90,11 dollar olub.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.