Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkim-ftiziatr vərəmli xəstələrin günlük rejimi və qidalanma qaydalarını açıqlayıb

© AP Photo / Jean-Francois BadiasAğ ciyərin rentgeni, arxiv şəkli
Ağ ciyərin rentgeni, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Aygün Rəhimova ki, qeyd edib ki, qida rejimində vərəmli xəstələr üçün zülallar xüsusi əhəmiyyət kəsb edir.
BAKI, 8 avqust — Sputnik. Səhiyyə Nazirliyi prof. Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının həkim-ftiziatrı Aygün Rəhimova vərəmli xəstələrin günlük rejimi və qidalanma qaydalarını açıqlayıb.
O, vərəmin klinik formasından, yayılma dərəcəsindən və ağırlığından asılı olaraq, xəstələrin müxtəlif müalicə rejimlərinə ehtiyacı olduğunu bildirib.
Həkim vurğulayıb ki, xəstəliyin kəskin dövründə xəstə yataq rejiminə əməl etməlidir: "Kəskin əlamətlər keçəndən sonra gün ərzində 15-30 dəqiqə arası gəzintiyə çıxa bilər. Əgər xəstə təyin edilmiş rejimə düzgün əməl edərsə, onun vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşar".
A.Rəhimova ki, qeyd edib ki, qida rejimində vərəmli xəstələr üçün zülallar xüsusi əhəmiyyət kəsb edir: "Ən keyfiyyətli zülallar mal, qoyun, toyuq ətində, qara ciyərdə, balıqlarda, süd, kəsmik, yumurta, noxud, lobya və qarabaşaqda olur. Tərəvəzlər karbohidratlara tələbatı ödəməyə kömək edir. Zülal, karbohidrat və yağlardan başqa orqanizmə vitaminlər də lazımdır. Vitaminlər çoxsaylı ərzaq məhsullarında olur. Məsələn, yumurta sarısı, yerkökü, ərik, pomidor, ispanaq, noxud, limon, naringi, qoz vasitəsilə vitamin balansını tənzimləmək olar",
Həkim-ftiziatr həmçinin vərəm xəstəliyinin uşaq və yeniyetmələr arasında yayılma məsələsinə də toxunub. Onun sözlərinə görə, uşaqların həyatının ilk illərində və 13-16 yaşında xəstələnmə ehtimalı çoxdur: "Uşaq və yeniyetmələr arasında vərəmin erkən və lokal formalarını aşkar etmək üçün tuberkulinodiaqnostikadan (bədənin vərəm mikobakteriyasına qarşı xüsusi həssaslığını təyin etmək üçün diaqnostik test) istifadə olunur. Tuberkulinodiaqnostika 12 aylıqdan başlayaraq ildə bir dəfə qoyulur".
Xəbər lenti
0