https://sputnik.az/20230808/dovlet-vergi-xidmeti-sahibkarlara-muraciet-edib-457521247.html
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib
Sputnik Azərbaycan
Sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb. 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T10:18+0400
2023-08-08T10:18+0400
2023-08-08T11:33+0400
cəmiyyət
dövlət vergi xidməti
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268553_0:0:2001:1125_1920x0_80_0_0_61f4fb3903adfc32f26b543438a05303.jpg
BAKI, 8 avqust - Sputnik. Azərbaycanda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergi ödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb.Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir.Qurum bəyan edib ki, bu, nəzərə alınaraq xidmət mərkəzlərində iş vaxtı saat 14:00-dan 18:00-a qədər artırılıb və müraciətlərin intensivliyinə uyğun olaraq xidmət mərkəzləri işçi qüvvəsi ilə təmin edilir.“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün:- Vergi ödəyiciləri ərizə formasını tərtib etdikdən sonra tələb olunan ödənişi müvafiq fonda köçürməklə, ödəniş qəbzi və ərizəni poçt vasitəsilə uçotda olduqları vergi orqanına göndərə bilərlər;- Yeni İnternet Vergi İdarəsi Portalına (https://new.e-taxes.gov.az/eportal/) daxil olaraq qeyd edilən elektron xidmətdən faydalanmaq mümkündür."Dövlət Vergi Xidmətinin göstərdiyi xidmətlərin əksəriyyətinin, o cümlədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268553_91:0:1864:1330_1920x0_80_0_0_ee6740084380fe84b54bdf1c4ddd1f9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət vergi xidməti
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edib
10:18 08.08.2023 (Yenilənib: 11:33 08.08.2023) Sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb.
BAKI, 8 avqust - Sputnik. Azərbaycanda “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması ilə bağlı vergi ödəyicilərinin, xüsusilə də sosial yardım alan torpaq mülkiyyətçilərinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciətlərinin sayı kəskin artıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir.
Qurum bəyan edib ki, bu, nəzərə alınaraq xidmət mərkəzlərində iş vaxtı saat 14:00-dan 18:00-a qədər artırılıb və müraciətlərin intensivliyinə uyğun olaraq xidmət mərkəzləri işçi qüvvəsi ilə təmin edilir.
“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in əldə olunması üçün:
- Vergi ödəyiciləri ərizə formasını tərtib etdikdən sonra tələb olunan ödənişi müvafiq fonda köçürməklə, ödəniş qəbzi və ərizəni poçt vasitəsilə uçotda olduqları vergi orqanına göndərə bilərlər;
- Yeni İnternet Vergi İdarəsi Portalına (https://new.e-taxes.gov.az/eportal/) daxil olaraq qeyd edilən elektron xidmətdən faydalanmaq mümkündür.
"Dövlət Vergi Xidmətinin göstərdiyi xidmətlərin əksəriyyətinin, o cümlədən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in verilməsi üzrə xidmətin tam elektronlaşdırıldığını nəzərə alaraq, elektron xidmətlərdən faydalanmağınız, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.