https://sputnik.az/20230808/cenubdan-isti-hava-kutleleri-olke-erazisine-daxil-olub-457531796.html
Cənubdan isti hava kütlələri ölkə ərazisinə daxil olub
Cənubdan isti hava kütlələri ölkə ərazisinə daxil olub
Sputnik Azərbaycan
Cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftə sonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə ... 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T14:52+0400
2023-08-08T14:52+0400
2023-08-08T14:52+0400
isti hava
azərbaycan xəbərləri
zəngəzur
mərkəzi aran
abşeron
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454255548_0:0:3072:1728_1920x0_80_0_0_73499b0c7cde262e4a419a9a4234d886.jpg
BAKI, 8 avqust — Sputnik. Hazırda ölkə ərazisində isti hava müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, o cümlədən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftə sonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir. "Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu əhali üçün əlverişsizdir. İsti hava şəraitində bol-bol maye qəbul etməsi məsləhət görünür, uzun müddət açıq havada günəş altında qalmaq tövsiyə olunmur", - o qeyd edib.
https://sputnik.az/20230808/hava-seraiti-ile-elaqedar-ehaliye-xeberdarliq-edildi-44-dek-isti-gozlenilir-457523714.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1c/454255548_171:0:2902:2048_1920x0_80_0_0_19410b1790c1037c7675962281f19d85.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isti hava, zəngəzur, mərkəzi aran, abşeron
isti hava, zəngəzur, mərkəzi aran, abşeron
Cənubdan isti hava kütlələri ölkə ərazisinə daxil olub
Cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftə sonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə - bəzi yerlərdə 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
BAKI, 8 avqust — Sputnik. Hazırda ölkə ərazisində isti hava müşahidə olunur. Əksər rayonlarda hava yağmursuz olsa da, bəzi dağlıq ərazilərdə, o cümlədən Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, cənubdan hərəkət edən isti hava kütləsinin ölkə ərazisinə təsiri nəticəsində həftə sonuna qədər havanın temperaturunun Bakı və Abşeronda 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
"Durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkülü hava yarada bilər. Bu əhali üçün əlverişsizdir. İsti hava şəraitində bol-bol maye qəbul etməsi məsləhət görünür, uzun müddət açıq havada günəş altında qalmaq tövsiyə olunmur", - o qeyd edib.