Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda məktəb direktoru vəzifəsi uğrunda mübarizə aparacaq şəxslərin sayı açıqlanıb

© AP Photo / Sait Serkan GurbuzƏllərində portfellər olan kişilər
Əllərində portfellər olan kişilər - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilir.
BAKI, 8 avqust — Sputnik. Bakıda 48 nəfər məktəb direktoru vəzifəsi uğrunda mübarizə aparacaq.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və direktor vəzifəsi hazırda vakant olan Bakı şəhəri 331 nömrəli ümumi orta məktəbə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinə start verilir. Müsahibə avqustun 9 və 10-da keçiriləcək. İşə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 48 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibənin tarixi və saatı barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınır.
Xəbər lenti
0