https://sputnik.az/20230808/azerbaycanda-dersler-sentyabrin-15-de-baslayacaq-457542244.html
Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq
Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq
Sputnik Azərbaycan
Hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib. 08.08.2023, Sputnik Azərbaycan
2023-08-08T17:00+0400
2023-08-08T17:00+0400
2023-08-08T17:27+0400
təhsil
elm və təhsil nazirliyi
dərs
məktəb
emin əmrullayev
https://cdnn1.img.sputnik.az/img/40705/60/407056022_0:77:2000:1202_1920x0_80_0_0_31c5f19de8cbdaa0f3c127c0e50a2b4d.jpg
BAKI, 8 avqust — Sputnik. Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - nazirliyin məlumatında qeyd olunub. Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə dərslərin sentyabrın 1-dən başlanacağı haqda müəyyən məlumatlar yayılıb. Əvvəllər ölkədəki iqlim şəraitinin dərslərin sentyabrın 15-də başlamasına daha münasib olması mövqeyindən çıxış edən Təhsil Nazirliyi son vaxtlar fərqli münasibət ortaya qoyur. Belə ki, Elm və təhsil naziri Emin Əmrullayev may ayında keçirdiyi brifinqdə məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirib. Həmçinin ümumilikdə tədris prosesinin daha uzunmüddətli olmasını nəticəlilik baxımından daha düzgün hesab edib. "Dünyada tədris ilinin uzun olması bəzi ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu, kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biri hesab edilir" - nazir bildirib.
https://sputnik.az/20230614/ehalinin-ekseriyyeti-ders-ilinin-sentyabrin-1-de-baslamasini-isteyir---sorgu-455914723.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40705/60/407056022_147:0:1854:1280_1920x0_80_0_0_b2b3c4ed7e76e38eae8e988ab6cbc0f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elm və təhsil nazirliyi, dərs, məktəb, emin əmrullayev
elm və təhsil nazirliyi, dərs, məktəb, emin əmrullayev
Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq
17:00 08.08.2023 (Yenilənib: 17:27 08.08.2023) Hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib.
BAKI, 8 avqust — Sputnik. Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
"Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib" - nazirliyin məlumatında qeyd olunub.
Qeyd edək ki, bir müddətdir ki, sosial şəbəkələrdə dərslərin sentyabrın 1-dən başlanacağı haqda müəyyən məlumatlar yayılıb.
Əvvəllər ölkədəki iqlim şəraitinin dərslərin sentyabrın 15-də başlamasına daha münasib olması mövqeyindən çıxış edən Təhsil Nazirliyi son vaxtlar fərqli münasibət ortaya qoyur. Belə ki, Elm və təhsil naziri Emin Əmrullayev may ayında keçirdiyi brifinqdə məktəblərdə dərslərin sentyabrın 1-dən başlamasının daha məqsədəuyğun olduğunu bildirib. Həmçinin ümumilikdə tədris prosesinin daha uzunmüddətli olmasını nəticəlilik baxımından daha düzgün hesab edib.
"Dünyada tədris ilinin uzun olması bəzi ölkələrdə həm də onların inkişaf göstəricisi sayılır. Bu, kurikulumun məzmun keyfiyyətinin artırılması, tədris yükünün azaldılması ilə bağlı görülən tədbirlərdən biri hesab edilir" - nazir bildirib.