Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və Türkiyə orduları arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq inkişaf edir

© AR Ministry of DefenceAzərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
BAKI, 8 avqust — Sputnik. Avqustun 8-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər.
Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Xəbər lenti
0