CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəstə atları kəsib satmaq istəyənlər saxlanıldılar

© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb
Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov saxlanılıblar.
BAKI, 7 avqust — Sputnik. Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
© Photo : Ministry of Internal Affairs (Azerbaijan)Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb
Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb
Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov saxlanılıblar.
Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, M.Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakı şəhərinə apararaq orada satmaq niyyətində olublar.
Həmin ətlərdən müvafiq nümunələr götürülərək laborator müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0