Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçirilib
16:48 07.08.2023 (Yenilənib: 16:50 07.08.2023)
© Photo : Military Prosecution OfficeHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbirlər keçirdi
© Photo : Military Prosecution Office
Abunə olmaq
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanıb.
BAKI, 7 avqust — Sputnik. Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti ilə birgə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçirib.
Lənkəran və Cəlilabad rayonlarında yerləşən N saylı hərbi hissələrdə keçirilən tədbirlərdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Mərasimlərdə çıxış edən Azərbaycanın Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev əvvəlcə Baş Prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Bundan sonra, o, Lənkəran hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli-Məmmədov, polkovnik Rauf Abdullayev, polkovnik Əli Əliyev, polkovnik-leytenant Fizuli Umarov və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
© Photo : Military Prosecution OfficeHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbirlər keçirdi
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbirlər keçirdi
© Photo : Military Prosecution Office
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Mərasimlərdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunmuş, onları maraqlandıran suallar cavablandırılmış, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb. və şəhidlər guşəsinin önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Mərasimlərdə çıxış edən Azərbaycanın Hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev əvvəlcə Baş Prokuror Kamran Əliyevin və Hərbi Prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıb. Bundan sonra, o, Lənkəran hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Əli-Məmmədov, polkovnik Rauf Abdullayev, polkovnik Əli Əliyev, polkovnik-leytenant Fizuli Umarov və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan böyük tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
© Photo : Military Prosecution OfficeHərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbirlər keçirdi
Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Ulu Öndərin 100 illik yubileyi münasibətilə tədbirlər keçirdi
© Photo : Military Prosecution Office
Çıxışçılar, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın əzmkarlığından danışdılar.
Tədbirlərdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.
Mərasimlərdən sonra, hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olunmuş, onları maraqlandıran suallar cavablandırılmış, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.