DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin qərbində kimya zavodunda yanğın baş verib

© AFP 2023 / OZAN KOSETürkiyəli yanğınsöndürənlər, arxiv şəkli
Türkiyəli yanğınsöndürənlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Velimeşe mütəşəkkil sənaye zonasında yerləşən kimya zavodunda naməlum səbəbdən yanğın baş verib.
BAKI, 7 avqust — Sputnik. Türkiyənin qərbində yerləşən Tekirdağ vilayətində kimya zavodunda yanğın baş verib. Bu barədə "A haber" telekanalı məlumat yayıb.

"Çərkəzköy ərazisində kimya zavodunda baş verən yanğını söndürməyə çalışırlar. Velimeşe mütəşəkkil sənaye zonasında yerləşən kimya zavodunda naməlum səbəbdən yanğın baş verib", - telekanalın məlumatında qeyd edilir.

Şahidlərin sözlərinə görə, hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0