https://sputnik.az/20230807/turk-alim-xercengi-qabaqcadan-mueyyen-eden-cihaz-ixtira-edib-ve-abs-da-patent-alib-457383839.html
Türk alim xərçəngi qabaqcadan müəyyən edən cihaz ixtira edib və ABŞ-da patent alıb
Türk alim xərçəngi qabaqcadan müəyyən edən cihaz ixtira edib və ABŞ-da patent alıb
Sputnik Azərbaycan
Büstqalterə taxıla bilən həmin cihaz qadınlara mümkün xərçəng hallarını erkən aşkarlamağa imkan verəcək. 07.08.2023, Sputnik Azərbaycan
2023-08-07T09:02+0400
2023-08-07T09:02+0400
2023-08-07T09:02+0400
xərçəng
elm
abş
türkiyə
xərçəng
https://cdnn1.img.sputnik.az/img/42304/88/423048880_0:0:3076:1731_1920x0_80_0_0_349e2011a7fcdcdb846acbf9f7cfb74c.jpg
BAKI, 7 avqust — Sputnik. Dünya şöhrətli türkiyəli alim Canan Dağdeviren döş xərçəngi diaqnozunda irəliləyiş əldə edib. Türkiyə mətbuatının yazdığına görə, Dağdevirən xərçəngi qabaqcadan aşkarlayan cihaz ixtira edib. Bu, ultrasəs skan cihazıdır. Büstqalterə taxıla bilən həmin cihaz qadınlara mümkün xərçəng hallarını erkən aşkarlamağa imkan verəcək. 6 ildir üzərində işlənilən cihaz insanlar üzərində sınaqdan keçirilib və ABŞ-da patent alıb. Həkimin sözlərinə görə, bu cihaz hər il 11 milyon qadının həyatını müsbətə doğru dəyişə bilər. Özünün də döş xərçənginə tutulma riskinin yüksək olduğunu deyən Canan Dağdevirən bu cihazı bütün qadınlara ərmağan etdiyini deyib. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, döş xərçəngi ən çox yayılmış xərçəng növüdür və təkcə 2020-ci ildə 2,3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulub, 685 min qadın dünyasını dəyişib. Canan Dağdevirən tibb texnologiyası sahəsində bir çox ixtiraları olan və çoxlu mükafatlar alan alimdir. O, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun laboratoriyasında işini davam etdirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42304/88/423048880_347:0:3076:2047_1920x0_80_0_0_d66ed5db22f8d6e4b5eccb177be8bcfc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, abş, türkiyə, xərçəng
xərçəng, abş, türkiyə, xərçəng
Türk alim xərçəngi qabaqcadan müəyyən edən cihaz ixtira edib və ABŞ-da patent alıb
Büstqalterə taxıla bilən həmin cihaz qadınlara mümkün xərçəng hallarını erkən aşkarlamağa imkan verəcək.
BAKI, 7 avqust — Sputnik. Dünya şöhrətli türkiyəli alim Canan Dağdeviren döş xərçəngi diaqnozunda irəliləyiş əldə edib.
Türkiyə mətbuatının yazdığına görə, Dağdevirən xərçəngi qabaqcadan aşkarlayan cihaz ixtira edib. Bu, ultrasəs skan cihazıdır. Büstqalterə taxıla bilən həmin cihaz qadınlara mümkün xərçəng hallarını erkən aşkarlamağa imkan verəcək.
6 ildir üzərində işlənilən cihaz insanlar üzərində sınaqdan keçirilib və ABŞ-da patent alıb.
Həkimin sözlərinə görə, bu cihaz hər il 11 milyon qadının həyatını müsbətə doğru dəyişə bilər. Özünün də döş xərçənginə tutulma riskinin yüksək olduğunu deyən Canan Dağdevirən bu cihazı bütün qadınlara ərmağan etdiyini deyib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, döş xərçəngi ən çox yayılmış xərçəng növüdür və təkcə 2020-ci ildə 2,3 milyon qadına süd vəzi xərçəngi diaqnozu qoyulub, 685 min qadın dünyasını dəyişib.
Canan Dağdevirən tibb texnologiyası sahəsində bir çox ixtiraları olan və çoxlu mükafatlar alan alimdir. O, ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun laboratoriyasında işini davam etdirir.