Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Tank bölmələrində intensiv döyüş hazırlığı keçirilir

Abunə olmaq
Tankçılarımız döyüş maşınlarının idarə olunması zamanı ərazidə təbii və süni maneələri dəf edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
BAKI, 7 avqust — Sputnik. 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məşğələlərə başlamazdan əvvəl heyət üzvlərinə təhlükəsizlik qaydaları çatdırılıb.
Ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həmçinin şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib.
Tankçılarımız döyüş maşınlarının idarə olunması zamanı ərazidə təbii və süni maneələri dəf edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0