https://sputnik.az/20230807/sovide-facie-felaket-bolgesinde-axtaris-emeliyyati-davam-edir-457497837.html
Şovidə faciə: fəlakət bölgəsində axtarış əməliyyatı davam edir
Şovidə faciə: fəlakət bölgəsində axtarış əməliyyatı davam edir
Sputnik Azərbaycan
Axtarış işlərində polis bölmələri, Fövqəladə Hallar Nazirliyinin bir qrup kinoloqu, Müdafiə və İnfrastruktur nazirliklərinin, Avtomobil Yolları İdarəsinin... 07.08.2023, Sputnik Azərbaycan
2023-08-07T13:14+0400
2023-08-07T13:14+0400
2023-08-07T13:14+0400
gürcüstan
dünya xəbərləri
faciə
torpaq sürüşməsi
https://cdnn1.img.sputnik.az/img/07e7/08/05/457465082_0:0:3640:2048_1920x0_80_0_0_55c50489745d48eb4dc5a26ef015b902.jpg
BAKI, 7 avqust — Sputnik. Gürcüstanda baş vermiş torpaq sürüşməsindən sonra xilasedicilər Şovi yüksək dağ kurortundakı fəlakət zonasında işlərini davam etdirirlər, hazırkı mərhələdə əsas vəzifə itkin düşən 18 vətəndaşı tapmaqdır. Bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti xəbər verir. Son məlumatlara görə, avqustun 3-də Şovidə baş verən sürüşmə nəticəsində 18 nəfər ölüb. Körpülər dağıdılıb, Şovinin girişindəki yol zədələnib. Bu vaxta qədər xilasedicilər 210 nəfəri təxliyə ediblər. Onlar itkin düşən 18 vətəndaşı, o cümlədən yeddi uşağı axtarırlar. Gecə boyu təbii fəlakət zonasında xüsusi işıqlandırma vasitəsi ilə fasiləsiz olaraq axtarış tədbirləri həyata keçirilib. Xilasedicilər artıq beşinci gündür ki, axtarış işləri aparırlar. Səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin iki helikopteri yenidən işə başlayıb. Axtarış işlərində polis bölmələri, Fövqəladə Hallar Nazirliyinin bir qrup kinoloqu, Müdafiə və İnfrastruktur nazirliklərinin, Avtomobil Yolları İdarəsinin əməkdaşları iştirak edir. Ərazidə pilotsuz uçuş aparatları və xüsusi avadanlıqlar fəaliyyət göstərir. Gürcüstanda avqustun 7-si ölənlər üçün matəm elan edilib. Raça kurort bölgəsində təbii fəlakət qurbanlarının xatirəsinə matəm günü ilə əlaqədar bütün Gürcüstanda dövlət bayraqları yarıya endirilib. Mütəxəssislərin ilkin qənaətinə görə, faciəyə bir neçə təbiət hadisəsinin üst-üstə düşməsi səbəb olub. Qeyd edilib ki, 2023-cü il avqustun 3-də bir sıra təbii geoloji və hidrometeoroloji hadisələr - buzlaqın intensiv əriməsi, yağıntılar, yuxarı axarlarda qayaların çökməsi, sürüşmə-eroziya prosesləri və selin keçməsi üst-üstə düşüb. Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 əsgər, o cümlədən 178 ədəd xüsusi texnika iştirak edir. Mütəxəssislər Şovi kurortuna 5 milyon kubmetrə yaxın bərk kütlənin gəldiyini bildirirlər. Ekspertlər bildirirlər ki, indiki mərhələdə Şovidə belə təbii fəlakətin təkrarlanma təhlükəsi yoxdur. Şovi iqlim və balneoloji kurortu Onski rayonunda (Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi) dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə yerləşir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/05/457465082_455:0:3186:2048_1920x0_80_0_0_56ea806ee3dfd8d79f7fcdf1defee4f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
gürcüstan, faciə, torpaq sürüşməsi
gürcüstan, faciə, torpaq sürüşməsi
Şovidə faciə: fəlakət bölgəsində axtarış əməliyyatı davam edir
Axtarış işlərində polis bölmələri, Fövqəladə Hallar Nazirliyinin bir qrup kinoloqu, Müdafiə və İnfrastruktur nazirliklərinin, Avtomobil Yolları İdarəsinin əməkdaşları iştirak edir.
BAKI, 7 avqust — Sputnik. Gürcüstanda baş vermiş torpaq sürüşməsindən sonra xilasedicilər Şovi yüksək dağ kurortundakı fəlakət zonasında işlərini davam etdirirlər, hazırkı mərhələdə əsas vəzifə itkin düşən 18 vətəndaşı tapmaqdır. Bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidməti xəbər verir.
Son məlumatlara görə, avqustun 3-də Şovidə baş verən sürüşmə nəticəsində 18 nəfər ölüb. Körpülər dağıdılıb, Şovinin girişindəki yol zədələnib. Bu vaxta qədər xilasedicilər 210 nəfəri təxliyə ediblər. Onlar itkin düşən 18 vətəndaşı, o cümlədən yeddi uşağı axtarırlar.
Gecə boyu təbii fəlakət zonasında xüsusi işıqlandırma vasitəsi ilə fasiləsiz olaraq axtarış tədbirləri həyata keçirilib.
Xilasedicilər artıq beşinci gündür ki, axtarış işləri aparırlar. Səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin iki helikopteri yenidən işə başlayıb. Axtarış işlərində polis bölmələri, Fövqəladə Hallar Nazirliyinin bir qrup kinoloqu, Müdafiə və İnfrastruktur nazirliklərinin, Avtomobil Yolları İdarəsinin əməkdaşları iştirak edir. Ərazidə pilotsuz uçuş aparatları və xüsusi avadanlıqlar fəaliyyət göstərir.
Gürcüstanda avqustun 7-si ölənlər üçün matəm elan edilib. Raça kurort bölgəsində təbii fəlakət qurbanlarının xatirəsinə matəm günü ilə əlaqədar bütün Gürcüstanda dövlət bayraqları yarıya endirilib.
Mütəxəssislərin ilkin qənaətinə görə, faciəyə bir neçə təbiət hadisəsinin üst-üstə düşməsi səbəb olub. Qeyd edilib ki, 2023-cü il avqustun 3-də bir sıra təbii geoloji və hidrometeoroloji hadisələr - buzlaqın intensiv əriməsi, yağıntılar, yuxarı axarlarda qayaların çökməsi, sürüşmə-eroziya prosesləri və selin keçməsi üst-üstə düşüb.
Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 əsgər, o cümlədən 178 ədəd xüsusi texnika iştirak edir. Mütəxəssislər Şovi kurortuna 5 milyon kubmetrə yaxın bərk kütlənin gəldiyini bildirirlər.
Ekspertlər bildirirlər ki, indiki mərhələdə Şovidə belə təbii fəlakətin təkrarlanma təhlükəsi yoxdur. Şovi iqlim və balneoloji kurortu Onski rayonunda (Raça-Leçxumi və Kvemo Svaneti bölgəsi) dəniz səviyyəsindən 1,5 min metr yüksəklikdə yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.