Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Qazax rayonunda səfərdədir - Yenilənir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
 - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Yenilənir
Dövlətimizin başçısı bir sıra obyektlərdəki şəraitlə tanış olub.
BAKI, 7 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin 4 zolağa genişləndirilməsi layihəsi" çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. Bu barədə Azərtac xəbər yayıb.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
 - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
***
Avqustun 7-də Qazaxda “Venzana” mebel fabrikinin açılışı olub. Azərtac-ın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxda “Venzana” mebel fabrikinin açılışında iştirak edib.
***
Azərtac-ın yaydığı xəbərə görə, avqustun 7-də dövlətimizin başçısı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
 - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonuna səfər edib
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0