Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Onurğa üçün ən təhlükəli peşələr hansılardır?

© Sputnik / Sergey Krasnouhov / Mediabanka keçidOnurğa
Onurğa  - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Həkim Sokolova günün çox hissəsini oturaraq keçirənlərə vacib xəbərdarlıq etdi.
BAKI, 7 avqust — Sputnik. Bel ağrısından daha çox əziyyət çəkənlər heç də həmişə ağır yük daşıyanlar deyil. Dövlət qulluqçuları və manikür ustaları da onurğa sütunu ilə bağlı problemlilər riskinə aiddirlər.
Bu barədə Avropa Tibb Assosiasiyasının üzvü Natalya Sokolova Rusiya mediasına bildirib.
"Onurğa üçün ən təhlükəli peşələr statik gərginliyin daimi olması ilə əlaqədardır. Çox vaxt müəllimlər, stomatoloqlar, cərrahlar, kosmetoloqlar onurğa sütunu xəstəliklərindən əziyyət çəkirlər" - Sokolova bildirib.
Həkim qeyd edib ki, manikür ustaları və masajçıların da bel problemi ola bilər. Uzun müddət davam edən gərginlik səbəbindən bu mütəxəssislərdə əzələnin sıxılması baş verir. Nəticədə qamət pisləşir, çəki artır, hətta hormonlarla bağlı problemlər yaranır.
Günün çox hissəsini oturaraq keçirənlər də sağlamlıqlarına xüsusi diqqət yetirilməlidirlər: bunlar mühasiblər, dövlət qulluqçuları və bank işçiləridir.
Həkimlərin məlumatına görə, fiziki fəallıq onurğa sütunu xəstəlikləri ilə mübarizədə kömək edə bilər.
Həkim-terapevt Valeriya Saprınskaya "RT"yə bildirib ki, fiziki fəallıq yaşa, sağlamlıq vəziyyətinə və əks göstərişlərin mövcudluğuna əsasən fərdi olaraq seçilməlidir. Məsələn, onurğa problemi olan insanlar üzgüçülük idmanını seçməlidirlər.
Xəbər lenti
0