CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Havanın temperaturu kəskin artacaq - XƏBƏRDARLIQ

© AFP 2024 / GIUSEPPE CACACEBakı, arxiv
Bakı, arxiv - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti Azərbaycanın bəzi yerlərində havanın temperaturunun 44 dərəcəyədək yüksələcəyini proqnozlaşdırıb.
BAKI, 7 avqust - Sputnik. Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarına gəlincə, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0