CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəlzələnin nəticələrindən yayınmaq üçün onu əvvəlcədən müəyyənləşdirmək olarmı - Ekspert

© AFP 2023 / RUSLAN PRYANIKOVSeysmoqraf, arxiv
Seysmoqraf, arxiv - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmisi bildirib ki, dünyada 6 böyük beynəlxalq seysmoloji təşkilat var. Ölkəmiz onların hamısında təmsil olunur və stansiyalarımız ən müasir texnologiyalarla işləyir. Dünya reytinqində Azərbaycan seysmologiya üzrə ilk 5-likdədir.
BAKI, 7 avqust — Sputnik. Son vaxtlar dünyanın müxtəlif yerlərində baş verən zəlzələlər ciddi fəsadlar törədir. İnsanları düşündürən daim bir sual olur ki, görəsən zəlzələlərin ağır nəticələrindən yayınmaq üçün onu əvvəlcədən müəyyənləşdirmək mümkündürmü?
Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı zəlzələlərə bağlı sualları cavablandırıb.
Dünyanın bir çox ərazilərində seysmoaktiv bölgələrin olduğunu bildirən şöbə müdiri deyib ki, Azərbaycan da seysmoloji aktiv zonada yerləşən ölkələr sırasındadır. Ümumiyyətlə, Cənubi Qafqaz ölkələri seysmik baxımdan aktiv zonada yerləşir ki, həmin bölgələrdə zəlzələlərin baş verməsi təbii haldır. Çünki söhbət seysmoaktivlikdən gedirsə, seysmik bölgədə müəyyən bir dövrdə zəlzələ ocaqlarında aktivlik baş verir. Təbi ki, bu aktivləşmələr hansısa səviyyədə zəlzələlərlə müşayiət olunur.

“Ümumilikdə dünyada zəlzələlərin dəqiq proqnozu deyilən bir məsələ yoxdur. Bunun da çox sadə səbəbi var. Zəlzələ ocaqları yer səthindən minlərlə kilometr dərinlikdə yerləşdiyi üçün onu müəyyənləşdirmək mümkün deyil. Sadəcə olaraq, hansısa aktiv bölgələr üçün uzunmüddətli proqnozlar verilə bilər. Çünki burada zəlzələnin gücü və dəqiq vaxtı bilinmir. Eyni zamanda, ortamüddətli proqnozlar da ola bilər. Belə ki, seysmoloqlar daim müşahidələr aparırlar. Baxırlar ki, hansısa ərazilərdə həm seysmik baxımdan dəyişiklik gedir, həm də həmin ərazidə maqnit anomaliyaları dəyişir. Beləcə, haradasa aktivlik başlayarsa, onu görürlər. Təbii ki, əgər aktivlik başlayırsa, bu da zəlzələnin baş verməsi ilə nəticələnir. Amma aktivliyin nəticəsi olaraq zəlzələnin nə zaman baş verəcəyinin dəqiq proqnozunu vermək mümkün deyil”, - deyə Vüsalə Rafiqqızı vurğulayıb.

Zəlzələnin təbii fəlakətlər içində ən dəhşətli və böyük dağıntı yarada bilən təbiət hadisəsi olduğunu söyləyən şöbə müdiri deyib ki, insan tərəfindən zəlzələnin qarşısının alınması mümkün deyil. Zəlzələnin təsirinin azaldılması isə xırda texnogen hadisələrlə bağlıdır. Həmçinin seysmoaktiv bölgələrdə geoloji quruluşu müxtəlif olan ərazilərdə hansısa tikintilər aparılarkən həmin ərazilər öyrənilməli, yer qatında süxurların tərkibi tədqiq olunmalıdır. Zəlzələ dalğalarının sürətinin süxurlarda keçirməsi müxtəlifdir, bircinsli deyil. Bundan əlavə, qrunt sularının səviyyəsi öyrənilməlidir ki, həmin ərazidə zəlzələ olarsa, çox böyük fəsadlara yol açmasın.
“Azərbaycanda və dünyada elm adamları zəlzələni təxmin etmək üçün hansı işlər görüblər?" sualına cavab verən Vüsalə Rafiqqızı bildirib:
“Azərbaycanda və dünyanın inkişaf etmiş ölkələrində zəlzələlərin öyrənilməsi üçün davamlı olaraq müşahidələr aparılır. Məsələn, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası mövcuddur. Dünyada 6 böyük beynəlxalq seysmoloji təşkilat var. Ölkəmiz onların hamısında təmsil olunur və stansiyalarımız ən müasir texnologiyalarla işləyir. Telemetrik seysmik stansiyalar vasitəsilə müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir".
© Sputnik / Murad OrujovVüsalə Rafiqqızı, arxiv
Пресс-конференция директора Центра Республиканской сейсмологической службы Гурбана Етирмишли на тему Сейсмологическая ситуация в Азербайджане  - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Vüsalə Rafiqqızı, arxiv
Onun sözlərinə görə, dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir:

"Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riskləri araşdırılır, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir. Seysmik stansiya fasiləsiz rejimdə işləyir. Çünki zəlzələ saniyələrlə baş verir. Ona görə də zəlzələnin hansı saniyədə baş verəcəyi məlum deyil. Seysmoloji cəhətdən aktiv olan bölgələrdə gün ərzində insanların hiss etmədiyi yeraltı təkanlar qeydə alınır. Bizim ölkəmizdə də gün ərzində 20-40 aralığında zəif zəlzələlər baş verir. Baş verən kiçik zəlzələlərin məlumatları emal və təhlil olunur, analizi aparılır. Çünki o təkanların analizi nəticəsində həmin ərazilərin seysmikliyinin vəziyyəti məlum olur”.

Diqqətə çatdırılıb ki, bundan əlavə, yerin qravitasiya sahəsi, maqnit anomaliyalarının dəyişməsi öyrənilir, kompleks şəkildə təhlil olunur. Amma hansısa bölgədə seysmoaktivlik baş verirsə, orada anomaliya və təcil dəyişir. Bu aktivlik isə müəyyən bir mərhələyə qədər davam edə bilər. Onun nə qədər davam edəcəyini isə bilmək olmur. Amma ola bilər ki, orada aşağı və orta maqnitudalı zəlzələlər baş versin. Yaxud da çoxlu kiçik təkanlı, hiss olunmayan zəlzələlər olsun. Yeraltı təkan baş verdikdən sonra avterşoklar gedir, tədricən isə zəlzələnin ocağı sönməyə başlayır və vəziyyət fon səviyyəsinə gəlib çatır. Aktivləşmə növbəti dəfə başlayanda elm adamları bilirlər ki, hansısa aktiv bölgədə gərginlik, aktivlik artır.
“Avropa Aralıq Dənizi Beynəlxalq Seysmoloji Təşkilatın rəhbəri də qeyd edib ki, dünyadakı reytinq cədvəlində Azərbaycan seysmologiya üzrə ilk beşlikdədir. Bunun da əsas səbəblərindən biri odur ki, Respublika Seysmoloji Xidmət Mərkəzi davamlı olaraq tədqiqatlarının sahəsini genişləndirərək, xarici elm adamları ilə əməkdaşlıq edir. Belə ki, ABŞ-ın Missuri, Kolumbiya, Massaçusets, Böyük Britaniyanın Oksford Universiteti və dünyadakı digər qabaqcıl təhsil müəssisələri, həmçinin Yaponiyanın seysmoloji təşkilatları ilə əməkdaşlığımız var. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Böyük Britaniyanın Oksford Universiteti ilə də birgə tədqiqatlar aparıb. Belə ki, Oksford Universitetinin nümayəndələri Azərbaycanda olub, Göyçay, İsmayıllı, Ağsu rayonları, Şirvan şəhəri və Salyan rayonunun ərazisində birgə paleoseysmoloji tədqiqatlar həyata keçiriblər”, - deyə V.Rafiqqızı əlavə edib.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0