DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı söz verdi

© AP Photo / Seth WenigЭкс-президент США Дональд Трамп в уголовном суде Манхэттена
Экс-президент США Дональд Трамп в уголовном суде Манхэттена - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Tramp vurğulayıb ki, bugünkü silahlar o qədər güclüdür ki, onlar bütün dünyanı məhv etməyə qadirdir, o, buna icazə verməyəcək.
BAKI, 6 avqust - Sputnik. Üçüncü dünya müharibəsinin başlanmasının qarşısını yalnız mən ala bilərəm. Bunu RSBN media şirkətinin YouTube kanalında yayımlanan çıxışında ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
Tramp vurğulayıb ki, bugünkü silahlar o qədər güclüdür ki, onlar bütün dünyanı məhv etməyə qadirdir, o, buna icazə verməyəcək.
"Mən inanıram ki, bunun qarşısını ala biləcək yeganə şəxsəm", - Tramp deyib.
O, həmçinin söz verib ki, yenidən ABŞ prezidenti vəzifəsini icra edənə qədər Rusiya-Ukrayna münaqişəsini həll edə biləcək. Tramp hesab edir ki, o, münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev üçün məqbul olacaq yollar tapa bilər.
Bundan əvvəl Tramp Respublikaçılar Partiyasının tərəfdarlarının tədbirində bildirmişdi ki, prezidentliyə qayıdışı təqdirdə, hazırkı prezident Co Bayden və ailəsinə qarşı bütün mümkün cinayətlərlə bağlı dərhal araşdırmalara başlayacaq.
Tramp 2021-ci ilin yanvarında Kapitoliyə hücum cəhdi və keçmiş ABŞ prezidentinin Mar-a-Laqodakı malikanəsində məxfi sənədlərin qanunsuz saxlanması ilə bağlı bir neçə cinayət işi üzrə ittiham olunub.
Xəbər lenti
0