Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə “Ford Tranzit” “KamAZ”a çırpılıb, ölən var

© Photo : REPORTKürdəmirdə mikroavtobus "KamAZ"a çırpılıb
Kürdəmirdə mikroavtobus KamAZa çırpılıb - Sputnik Azərbaycan, 1920, 06.08.2023
Abunə olmaq
Ağır bədən xəsarəti almış Ramin Heydərov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
BAKI, 6 avqust - Sputnik. Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, içi pomidorla dolu olan “Ford Tranzit” markalı yük avtomobili Ucar istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan Bərdə rayon sakini, Qurbanzadə Aminin idarə etdiyi və yük yerində mişar daşı ilə dolu olan “KAMAZ”a çırpılıb.
Nəticədə “Ford Tranzit”dəki iki nəfər - Gəncə şəhər sakinləri, sürücü 39 yaşlı İsgəndərov Ramin Akif oğlu və onun sərnişini Heydərov Ramin Sabit oğlu ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Ağır bədən xəsarəti almış Ramin Heydərov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0